-->

Gənc qalmağın SİRRLƏRİ

Gənc qalmağın SİRRLƏRİ

Gənc qalmaq dövrümüzdə xüsusilə qadınların əsas axtarışında olduğu nemətlərdəndir. Bu istiqamətdə dünyada illərdir geniş araşdırmalar və tədqiqatlar aparılır. Bəs dünya ölkələri gənc və uzun ömürlü həyat üçün hansı xüsusi qaydalara malikdir?

 

Viral.az dünyanın fərqli ölkələrində istifadə edilən gənclik sirrlərini araşdırıb.

Son Yazılar:

 

1. Yaponiya

65 və yuxarı yaşda olan vətəndaşların sayı 35 milyona çatır. Bu, ölkə əhalisinin təxminən 30 faizinə bərabərdir. Ryukyu adalarının 1206,96 km² sahəsi ilə ən böyük adası olan Okinavada 100 yaşdan yuxarı yaşlı insanların sayı kifayət qədər çoxdur. Yaponlar gənc və sağlam yaşamaq üçün bir neçə qaydalara malikdirlər.

 

1743313255 yapon

-Sağlam və balanslı pəhriz

– Minimum şəkər və duz istehlakı

– Miso və soya sousundan istifadə

– Daimi idman

– Sosial münasibətlər

– Meditasiya və yoqa da daxil olmaqla zehni və mənəvi sağlamlıq üçün faydalı olan fəaliyyətlər.

Şəkildə 54 yaşlı keçmiş model Yakato Mizutani

 

2. İspaniya

 

1743312626 mariadolores

 

İspan tədqiqatçı Maria Dolores Merino insanların gənc və uzun ömürlü olmaq üçün bu amillərin faydalı olacağını bildirir:

Yüksək həyat enerjisini yüksək tutmaq

Sosiallaşmaq

Özünüinkişafda məqsədli olmaq

Çətinliklərə qarşı mübarizə aparmaq

Öz həyatı barədə qərarları almaq və öz həyatlarında tək söz sahibi olmaq

Pozitiv həyata baxışa malik olmaq

Düşünmək və problem həll etmək qabiliyyətini inkişaf etdirmək

 

3. Koreya

Koreyalıların gözəllik sirri hərtərəfli dəriyə qulluq, sağlam pəhriz və həyat tərzi vərdişlərinə əsaslanır. Koreyalıların dərisinin sağlam və parlaq görünməsini təmin edən bəzi əsas amillər bunlardır:

 

1743313076 koreya

 

İkiqat Təmizləmə: Makiyaj, kir və artıq sebum yağ əsaslı və su əsaslı təmizləyicilərlə dəridən təmizlənir.

Aşınma: Ölü dəri hüceyrələri həftədə bir neçə dəfə peeling etməklə təmizlənir.

Tonik (Tonik): Dərinin pH balansını tənzimləyir və növbəti addımlara hazırlayır.

Esenser: Bunlar dərini nəmləndirən və qidalandıran yumşaq şəkildə hazırlanmış məhsullardır.

Serum/Ampula: Dəri problemlərinə görə seçilmiş intensiv baxım məhsulları istifadə olunur.

Nəmləndirici: Dərini uzun müddət nəm saxlayır və baryerini gücləndirir.

Günəş kremi: Ən əhəmiyyətli addımlardan biridir, dərini günəşin zərərli təsirlərinə qarşı qoruyur.

 

4. Avstraliya

Avstraliyalı supermodel, dizayner və aktrisa Elle Makferson gənc qalmasının sirrlərini bir müsahibəsində jurnalistlərlə paylaşıb. Supermodelə görə gənc qalmağın sirri bunlardır:

 

1743312640 elle

-Qələvi pəhriz etmək

-Təbii qidalardan istifadə etmək

-Daim hərəkətdə olmaq

-Özünlə harmoniyada olmaq

-Sevdiyiniz işlərlə məşğul olmaq (modern.az).