Yarıçılpaq sərxoş kişi İspaniyanın Tenerife şəhərinə uçan təyyarədə iğtişaş törədib.
Viral.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Hadisə Jet2 reysi ilə baş verib. Sərnişin təyyarəsi Şotlandiyanın Qlazqo şəhərindən İspaniyanın Tenerife şəhərinə uçurmuş. Uçuş zamanı əvvəlcə soyunan, daha sonra onu sakitləşdirməyə çalışan stüardessalara hücum edən nalayiq sərnişinə görə, təyyarənin kapitanı İrlandiyada plansız eniş etmək qərarına gəlib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Sərxoş şəxsin əlləri qandallanıb və ayaqları kəmərlə bağlanaraq, bu vəziyyətdə təyyarədən çıxarılaraq polis bölməsinə aparılıb. O, hazırda mühafizə altındadır, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
(redaktor.az)