Alyans Ukrayna üçün Rusiya ilə münaqişədə hansı şərtlərlə sülhə razılaşacağına qərar verməyəcək.
Viral.az xarici mediaya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Biz burada qərargahda oturub Ukraynanın hansı şərtlərlə sülh bağlayacağına qərar verməyəcəyik. Buna Ukraynanın özü qərar verəcək”, – o, NATO-Ukrayna Şurasının Brüsseldə müdafiə nazirləri səviyyəsində keçirilən iclasının yekununda bildirib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Xatırladaq ki, iyunun 13-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşır.
Həmin gün Stoltenberq qeyd edib ki, NATO Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsini eskalasiya kimi qiymətləndirmir.
İyunun 12-də NATO-nun baş katibi bəyan edib ki, Ukraynaya silah tədarükü alyans ölkələri üçün məcburi olacaq.
(redaktor.az)