Böyük Britaniya təkcə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri deyil, həm də aktivlərin özlərini Ukraynaya köçürmək üçün hüquqi imkanlar axtaracaq.
Viral.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Vladimir Zelenski arasında İtaliyada keçirilən “Yeddilik” (G7) sammiti çərçivəsində keçirilən görüşdən sonra Böyük Britaniya hökumət başçısının ofisi məlumat yayıb.
“Hər iki lider G7-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukrayna üçün əhəmiyyətli yeni maliyyələşdirməni təmin etmək və dondurulmuş aktivlərdən istifadə yolları üzərində gələcək işi davam etdirmək səylərini alqışlayıblar”, – bəyanatda deyilir.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Bundan əvvəl “Yeddilik” ölkələrinin liderləri 2024-cü ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayırmaq barədə razılığa gəliblər.
(redaktor.az)