Kiyev gözləyir ki, yaxın gələcəkdə Qərb tərəfdaşlarından ehtiyac duyduğu yeddi “Patriot” hava hücumundan müdafiə sistemindən beşini ala biləcək.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Hazırda şəhərlərimizi qorumaq üçün yeddi “Patriot” sisteminə ehtiyacımız var beş sistem var, buna baxmayaraq, Ukrayna üçün yaxın gələcəkdə yaxşı nəticələr görürük”, – o ABŞ Prezidenti Co Baydenlə müqavilə imzaladıqdan sonra mətbuat konfransında deyib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Zelenski bildirib ki, Kiyevin tərəfdaşlardan istədiyi bütün yeddi “Patriot” sistemini almaq belə, ölkənin şəhərlərini tam mühafizə etməyə imkan verməyəcək.
(redaktor.az)