Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, “Mercedes”in sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Son Yazılar:
- “Real Madrid” 30-cu turda “Valensiya”ya uduzub, Vinisius penaltidən fərqlənə bilməyib
- Yasamalda motosiklet piyadanı VURDU
- “Səbail”lə “Turan Tovuz”dan qolsuz heç-heçə
Müəyyən edilib ki, sürücünün üzərindən və avtomobilindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı 1 axtarışda olan, 7 sərxoş halda avtomobil idarən edən və digər yol hərəkəti qaydalarını pozan 113 sürücü barəsində inzibati protokol tərtib edilib.