Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts 2024-cü il futbol üzrə Avropa çempionatında ilk qolu vurub.
Viral.az xəbər verir ki, turnir Almaniyada keçirilir.
Virts şotlandlarla görüşün 10-cu dəqiqəsində fərqlənib. Oyun Münhendə keçirilir. 19-cu dəqiqədə Camal Musiala hesabı 2:0-a çıxararaq turnirin ev sahiblərinin xeyrinə olub.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Virtsin 21 yaşı var. O, ötən mövsüm Almaniya çempionu olmuş “Bayer Leverkuzen”də çıxış edir. Yarımmüdafiəçi Almaniya millisində 19-cu oyununa çıxır və 2-ci qolunu vurub.
A qrupunda İsveçrə və Macarıstan komandaları ilə yanaşı Almaniya və Şotlandiya milliləri mübarizə aparır. İsveçrə və macarlar arasında ilk turun oyunu iyunun 15-də baş tutacaq.
Avropa çempionatında 6 qrupa bölünən 24 komanda iştirak edir. Hər kvartetdən iki ən yaxşı komanda və üçüncü yerləri tutan dörd ən yaxşı komanda 1/8 finala yüksələcək. Turnirin həlledici qarşılaşması iyulun 14-də Berlində baş tutacaq.
(redaktor.az)