İsveçrə hökuməti Ukrayna ilə bağlı Sülh Sammitində iştirak edəcək ölkələrin siyahısını açıqlayıb.
Viral.az xəbər verir ki, sammitdə dünyanın müxtəlif ölkələrindən və səkkiz beynəlxalq təşkilatdan 96 nümayəndə iştirak edəcək.
Son Yazılar:
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
- Noyabr ayı üzrə pensiyaların ödənişi YEKUNLAŞDI
57 ölkə prezident, vitse-prezident və hökumət başçıları səviyyəsində, 29 ölkə xarici işlər nazirləri səviyyəsində, altı ölkə səfirlər səviyyəsində təmsil olunacaq.
Sammitdə iştirak edənlər arasında ABŞ-ın vitse-prezidenti, Fransa və Polşa prezidentləri, Kanada, Böyük Britaniya, İtaliya və Yaponiyanın baş nazirləri, Almaniya kansleri, Gürcüstan prezidenti, Qətər hökumətinin başçısı, o cümlədən Macarıstan, Serbiya, Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirləri var.
Sammitdə Qlobal Cənub adlanan ölkələrin bir sıra liderləri də iştirak edəcək.
Latın Amerikasını 11 ölkə, Afrikanı isə 13 ölkə təmsil edəcək. Asiyadan ondan çox ölkənin nümayəndələri gələcək.
Qərb mətbuatı qeyd edir ki, sammitdə Rusiya ilə sıx əlaqələri olan Çin və Hindistandan da nümayəndə heyəti iştirak edə bilər.
İsveçrə hökumətinin açıqladığı siyahını təqdim edirik: