Roma Papası Fransisk Qrup Yeddilik sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə qısa görüş keçirib.
Viral.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Amerika lideri ilə söhbət pontifik tərəfindən ikitərəfli əlaqələr silsiləsinin sonuncusu olub. Xüsusilə, bundan əvvəl o, Ukrayna lideri Volodimir Zelenski və BVF rəhbəri Kristalina Georgiyeva ilə görüşlər keçirib. Daha sonra o, Kanadanın Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makronla danışıb. Vatikanın mətbuat xidməti bildirib ki, Fransisk Hindistanın Baş naziri Narendra Modi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla süni intellekt mövzusunda keçirilən sessiyada danışıb. Vatikan danışıqların məzmunu barədə məlumat vermir.
Son Yazılar:
- On minlərlə ev və iş yeri işıqsız qaldı
- Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
- Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
G7-yə daxil olmayan ölkələrin liderlərinin iştirakı ilə geniş tərkibdə keçirilən sessiyadakı çıxışında pontifik qeyd edib ki, ümumi mənafe üçün “sağlam, ayıq siyasət” lazımdır. “İnsanları maşın seçimindən asılı vəziyyətə salmaqla qərar qəbul etmək qabiliyyətini əlimizdən alsaq, bəşəriyyəti ümidsiz gələcəyə məhkum etmiş olarıq. Biz süni intellekt proqramlarının seçilməsi prosesi üzərində insan nəzarəti məkanını təmin etməliyik və qorumalıyıq: insan ləyaqət təhlükə altındadır, – Fransisk deyib. O, süni intellektin silah xidmətində istifadəsini qəti şəkildə pisləyib. “Heç bir maşın heç vaxt bir insanın həyatı və ölümü ilə bağlı qərar verməməlidir”, – o bildirib.
Fransisk G7 sammitində iştirak edən Roma Katolik Kilsəsinin ilk rəhbəri olub. Onu İtaliyanın Baş naziri Giorgia Meloni oraya dəvət edib. İndiki pontifik beynəlxalq təşkilatlara və birliklərə həmişə açıq olub. Beləliklə, Vatikan İyirmilik Qrupu və BRİKS-in inkişafını izləyir.
(redaktor.az)