15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib.
Viral.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, media nümayəndələri Xocalı rayonunda aşkar edilən Ermənistan silahlı qüvvələrinə məxsus “2K11 Kruq” zenit-raket kompleksi ilə tanış olublar.
Son Yazılar:
- Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə EDİLİR
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Xocalı rayonunda aşkar edilmiş istismara yararlı “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası və iki ədəd “2P24” buraxıcı qurğusu ərazidən müsadirə edilərək Bakı şəhərinə gətirilib və “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.