Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Viral.az xəbər verir ki, Türkiyə parlamenti spikerinin bu gün sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub:
Son Yazılar:
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
- İstanbul boğazında gəmilərin hərəkəti DAYANDIRILDI
- On minlərlə ev və iş yeri işıqsız qaldı
“Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.
TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur.
Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.