CAR Prezidenti and içəcək

İyunun 19-da Siril Ramaposun ikinci müddətə Cənubi Afrika Prezidenti kimi andiçmə mərasimi keçiriləcək.

 

Viral.az-ın məlumatına görə, bu barədə respublika Prezidentinin Administrasiyası xəbər yayıb.

Son Yazılar:

 

“Prezident Ramaposun andiçmə mərasimi çərşənbə günü Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada baş tutacaq”, – kommünikedə deyilir. Mərasim “Union Buildings” ərazisində keçiriləcək və yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq. Ramapos Cənubi Afrika Respublikasının baş hakimi Raymond Zondonun qarşısında prezidentlik andı içəcək.

 

İyunun 14-də CAR parlamentinin aşağı palatası ölkənin hazırkı Prezidenti və Afrika Milli Konqresi Partiyasının lideri Ramaposu növbəti beş il müddətinə dövlət başçısı seçib.