Yaponiya Çinə sanksiyalar tətbiq edə bilər.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida İsveçrədə keçirilən G7 sammitinin yekunları üzrə bildirib.
Son Yazılar:
- Zaur Mikayılova yeni müavinlər təyin olundu
- Millət vəkili vəfat etdi – FOTO
- Taksi sürücüsü qonağı hava limanından 139 manata gətirdi: DİN işə qarışdı
Kişida deyib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Çinə qarşı yeni sanksiyalar tətbiq oluna bilər. “Yaponiya üçüncü ölkələrdə, o cümlədən Çində yerləşən təşkilatlara qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanlarını öyrənir”, – Baş nazir qeyd edib.
Məhdudlaşdırıcı tədbirlər Moskvaya Qərb sanksiyalarından yan keçməyə kömək edən şirkətlər üçün təsiredici olmalıdır.
Xatırladaq ki, iyunun 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov 2022-ci ilin fevralından Yaponiyanın Ukraynaya 7 milyard dollar yardım etdiyini bildirib.