Gürcüstanda ard-arda iki ZƏLZƏLƏ

Gürcüstanın Oni şəhəri yaxınlığında 4,4 bal gücündə zəlzələ olub.

 

Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Son Yazılar:

 

Yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Saat 19:42-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 4 km cənubda olub. Cəmi yeddi dəqiqə sonra eyni bölgədə 4 maqnitudalı afterşok qeydə alınıb.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.