Ukrayna Ali Radası “Hərbi polis haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Viral.az xəbər verir ki, bu barədə “Telegram” səhifəsində ukraynalı deputat Oleksiy Qonçarenko məlumat verib.
Son Yazılar:
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
Sənədi 247 deputat dəstəkləyib. Qanun layihəsi təhlükəsizlik və müdafiə sektorunun tərkib hissəsi olan hüquq-mühafizə funksiyalarına malik hərbi polisin formalaşdırılmasını nəzərdə tutur.
Hərbi polisin məqsədi Ukrayna Müdafiə Nazirliyində, Ukrayna Silahlı Qüvvələrində və Dövlət Xüsusi Nəqliyyat Xidmətində asayişi və hərbi intizamı təmin etməkdir. Onun fəaliyyəti müdafiə naziri vasitəsilə Nazirlər Kabineti tərəfindən əlaqələndirilir. Hərbi vəziyyət dövründə koordinasiyanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.
Hərbi polisin vəzifələri sırasında Müdafiə Nazirliyində, Ukrayna Silahlı Qüvvələrində və Dövlət Xüsusi Nəqliyyat Xidmətində cinayət və inzibati xətaların aşkar edilməsi və qarşısının alınması, qanunla hərbi polisin səlahiyyətlərinə aid edilmiş işlər üzrə icraat, əməliyyat-axtarış fəaliyyəti, cinayət və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatda olanlar arasında onların görüşləri zamanı asayişin və hərbi intizamın təmin edilməsi, hərbi qulluqçuların və ehtiyatda olanların görüşləri zamanı onların həyatının, sağlamlığının, hüquq və qanuni mənafelərinin müdafiəsi, dövlət əmlakının qanunsuz hücumlardan qorunması da var.