Qəbul imtahanına qeydiyyat başa çatdı: Ən güclü rəqabət bu qrupda olacaq

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb

Viral.az-ın məlumatına görə, qeydiyyat 19 iyun saat 23:59-dək davam edib.

Məlumata görə, imtahanın ikinci cəhdinə 66562 nəfər qeydiyyatdan keçib. Onların 59891 nəfəri Azərbaycan, 6671 nəfəri isə rus bölməsidir.

Son Yazılar:

II cəhdə ən çox qeydiyyat I ixtisas qrupu üzrədir. 22894 abituriyent bu qrup üzrə qeydiyyatdan keçib. II qrup üzrə qeydiyyatdan keçənlərin sayı 17434, III qrup üzrə 21196, IV qrup üzrə 5038 nəfərdir.