Kanada İrsn İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ictimai təhlükəsizlik naziri Dominik Leblan deyib.
Son Yazılar:
- Qəzzada ölənlərin sayı 44 mini ÖTDÜ
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
O bildirib ki, bu barədə qərar Kanada Cinayət Məcəlləsinə əsasən qəbul edilib.
Leblan izah edib ki, hakimiyyət Kanada kəşfiyyat xidmətlərinin tövsiyəsi, həmçinin xarici siyasət mülahizələri əsasında SEPAH-ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib.
Kanadanın Xarici İşlər Nazirliyi isə İrandakı bütün vətəndaşları mümkün qədər tez evlərinə qayıtmağa çağırıb.