Şəki məktəbindəki yanğınla bağlı rəsmi AÇIQLAMA

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Turan qəsəbəsində yerləşən məktəbdəki yanğınla bağlı məlumat yayıb.

 

Viral.az xəbər verir ki, bu barədə İdarənin sosial media hesabında paylaşım edilib.

Son Yazılar:

 

İyunun 19-da təxminən saat 23:10 radələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.

 

Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

 

***

08:04

Gecə saat 23 radələrində Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinə Turan qəsəbəsində yerləşən tam orta məktəbin binasında yanğın başlaması barədə məlumat daxil olub.

 

Viral.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Şəki və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikaı cəlb olunub.

 

Bütün səylərə baxmayaraq ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/metrlik sahəsinin yanar konstruksiyaları yanıb.

 

Məktəb binasının qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən məktəb binası istifadəyə yararsız olub və bir müddət idi ki, orada tədris dayandırılmışdı.

 

Faktla bağlı araşdırma aparılır.