“Avro-2024″də qrup mərhələsinin 2-ci turu davam edir.
Viral.az xəbər verir ki, ötən gün çempionatda 3 oyun keçirilib.
Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
Eyni qrupda Danimarka İngiltərə ilə qarşılaşıb. Bu görüş də 1:1 hesabı ilə başa çatıb.
Günün maraqla gözlənilən matçı B qrupunda keçirilib. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib. Matç ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İspaniya millisi xallarının sayını 6-ya çatdırmaqla 1/8 finala vəsiqəni təmin ediblər.
C qrupu
Sloveniya – Serbiya – 1:1
Danimarka – İngiltərə – 1:1
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
2 | Danimarka | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
3 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |
B qrupu
İspaniya – İtaliya – 1:0
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | İspaniya | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
2 | İtaliya | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
3 | Albaniya | 2 | 0 | 1 | 1 | 3-4 | 1 |
4 | Xorvatiya | 2 | 0 | 1 | 1 | 2-5 | 1 |