Kondisioner istifadə edənlərin nəzərinə – Bunları bilməlisiniz

İsti yay aylarında sərinləmək üçün əvəzolunmaz hala gələn kondisionerlər düzgün istifadə edilmədikdə sağlamlığınızı təhlükə altına ala bilər.

Viral.az xəbər verir ki, Trakya Universiteti Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk kondisioner istifadəsi ilə bağlı açıqlamalar verib.

Mütəxəssis, kondisionerli havada yatmağın bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Son Yazılar:

“İdeal yuxu mühitinin temperaturu 19-22 dərəcə arasında olmalıdır. Yataq otaqlarına yerləşdirilən kondisionerlərin 16-17 dərəcə deyil, 20 dərəcədən yuxarı işləməsi yuxu sağlamlığı üçün daha uyğundur. Əslində yataq otağında kondisionerin olması arzuolunan deyil. Mütləq temperatura diqqət etmək lazımdır. Yaxşı təmizlənməmiş kondisioner filtrlərindən mikroblara tutulma riski var. Eyni zamanda, həddindən artıq soyuq havanın təsirindən yoluxucu xəstəliklər yarana bilər. Hərəkət sistemi ilə bağlı pozğunluqlar, əzələ krampları, boyun və çiyinlərdə sərtlik ola bilər. Əzələlərdə spazmlar yaranır”.

Levent Öztürk, kondisioneri yatmazdan əvvəl bir müddət yandırıb otağı sərinlətməyi, söndürdükdən sonra yuxuya getməyi şiddətlə tövsiyə edib. // bakupost.az