-->

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

1718950097 6675172f14ed36675172f14ed417189496796675172f14ed16675172f14ed2

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib.

 

Təlim zamanı “Aztelekom” MMC-nin Müştəri təcrübəsinin idarə olunması şöbəsinin müdiri Ayaz Əhmədov və Korporativ əlaqələr sektorunun müdiri Səfər Aslanov çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

Son Yazılar:

 

Çıxış edənlər ölkəmizdə insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin icra edildiyi müddətdə təkcə Bakı ərazisində genişozlaqlı internetin əhatə dairəsi 18%-dən 95%-ə, ölkə ərazisində isə ümumilikdə 9%-dən 85%-ə yüksəlib.

 

Qeyd edək ki, təlimə müxtəlif media qurumlarından 40-a yaxın jurnalist cəlb olunub. Məqsəd jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir.