
Sabirabad sakini qonşusu tərəfindən BIÇAQLANDI
Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb. Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhərində baş verib. Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.