
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq ETDİ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq edib. Viral.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir: “Sinoptiklərin də bildirdiyi kimi, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb. Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat…