
Ucarda qadın yıxılaraq ÖLDÜ
Ucarda qadın yıxılaraq ölüb. Viral.az xəbər verir ki, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb. 1959-cu il təvəllüdlü, Quliyeva Gülarəxanım Abbas qızı yaşadığı evdə öz ehtiyatsızlığından yıxılaraq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın ölüb. Araşdırma aparılır.