Dekabrın 16-sı saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində naməlum şəxslər şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq ediblər və avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıblar.
Viral.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri ilə pul vəsaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər – 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.
Araşdırmalarla müəyyənləşib ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.
Son Yazılar:
- İsrail Livanda vurduğu ziyana görə təzminat ödəməlidir
- Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqladı
- Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur
Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.