
Qonaq gedən yeniyetmə bədbəxt hadisə nəticəsində ÖLDÜ
Cəlilabadda 13 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. Viral.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kazımabad kənd sakini olan 2011-ci il təvəllüdlü R.C. yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır (APA).