
İlham Əliyev Xalq artistinə “İstiqlal” ordenini təqdim etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib. Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu “Veqener qranulomatozu” (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, N.Qasımovun atası bir ay əvvəl “Qafqazinfo”…
Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) “Turan Tovuz”un qapıçısı İvan Konovalovla Kadi Borges arasında mübahisə yaşanıb. Viral.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib. “Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib: “Bu, ikimiz arasında olan məsələdir….
“Ukrayna Vaşinqtondan gələn hərbi yardımı borc kimi tanımayacaq”. Viral.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlaması zamanı deyib. “European Pravda” qəzeti əlində olan sənədin surətinə istinadən yazıb ki, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən, göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir. Sözügedən kompensasiyanın məbləği 120 milyard dolları…
Beyləqanda traktor və minik avtomobili toqquşub. Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “LADA Niva” markalı minik avtomobili traktorun aqreqat qoşqusuna çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 1 nəfər (kişi cinsli) Beyləqan Rayon…
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir….
İsveçdə naməlum şəxs Uddevalla bələdiyyəsindəki məscidə içərisində yandırıcı qarışıq olan butulka atıb. Viral.az xəbər verir ki, bu barədə SVT telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Polisin məlumatına görə, məsciddə olan iki nəfər yanğını operativ şəkildə söndürüb. Hadisə gecə saatlarında baş versə də, şübhəlilər hələ müəyyən edilməyib. “Orada olanların çevik reaksiyası sayəsində yanğının yayılmasının qarşısı alınıb….
Martın 26-dən 28-dək Azərbaycan Respublikasının xarici işlər nazirinin (XİN) müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub. XİN-dən Viral.az-a bildirilib ki, səfər çərçivəsində martın 28-də Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin…
İşğaldan azad olunmuş ərazilərdə inşa edilən təhsil ocaqlarından biri də martın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Ağdam rayon Sarıcalı kənd tam orta məktəbidir. Viral.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə bildirib ki, 360 şagird yerlik məktəb…
Banqkokda baş verən güclü zəlzələdən sonra tikilməkdə olan 30 mərtəbəli binaın uçması nəticəsində ən azı üç işçi həlak olub. Viral.az xəbər verir ki, bu barədə Tailandın baş nazirinin müavini bildirib. Onun sözlərinə görə, 81 nəfər dağıntılar altında qalıb. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb….
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 30-na təsadüf edir. Viral.az xəbər verir ki, bunu Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrikində deyib. O qeyd edib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü…
Banqkokda zəlzələ ilə əlaqədar tikilməkdə olan bina uçub. Viral.az bu barədə TASS-a istinadla xəbər verir. Məlumata görə, əraziyə yaxın digər çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 13:20-də başlayıb və təxminən 10 dəqiqə davam edib. Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb. “Khaosod” qəzeti isə bildirib ki, Myanmada Rixter…
Ağdamın Sarıcalı kəndində sakinlərə verilən evlərin həyətyanı sahəsinin həcmi bəlli olub. Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ötən gün Ağdamda buraya köçən sakinlərlə görüşündə bildirib. Dövlət başçısı bildirib ki, Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatıb: “Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin…
Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb. Viral.az xəbər verir ki, 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə martın 26-da sirkə turşu içib. Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat…
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Viral.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,23 ABŞ dolları və ya 0,3% azalaraq 76,06ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,29 ABŞ dolları təşkil edib.
Ağciyər xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biridir. Onun erkən mərhələdə aşkarlanması çətin olur, çünki ilkin simptomlar tez-tez soyuqdəymə ilə qarışdırılır. Viral.az lent.az-a istinadən xəbər verir ki, xəstəlik irəlilədikcə, əlamətlər daha qabarıq hala gəlir və digər xəstəliklərlə səhv salına bilər. Aşağıdakı simptomlar xüsusilə diqqətə alınmalıdır: 1. Davamlı öskürək – Zamanla şiddətlənən, bəzən qanlı bəlğəmlə müşayiət olunan…
Goranboyda bıçaqlanma hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır. Faktla bağlı…
Sabah Ramazan ayının 28-ci günüdür. Viral.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:04-də, iftar isə 19:15-dədir. İmsak duası: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”. Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər!…
Almaniyanın daxili işlər naziri Nensi Fezer və avstriyalı həmkarı Gerhard Karnerin Suriyaya səfərləri təhlükəsizlik təhdidləri səbəbindən ləğv edilib. Viral.az xəbər verir ki, nazir və nümayəndə heyətini İordaniyadan Dəməşqə aparmalı olan hərbi təyyarə geri qayıdıb. Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü qərarın konkret terror təhdidləri ilə əlaqədar olduğunu bildirib. Səfər çərçivəsində keçid hökumətinin iki naziri, həmçinin BMT-nin Qaçqınlar…
Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququ olaraq qalır, lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi, daha düzgün olardı. Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə,…