
Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Viral.az qurumun Mətbuat xidmətinə istinadən icmalı təqdim edir:
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Viral.az qurumun Mətbuat xidmətinə istinadən icmalı təqdim edir:
45 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişən aktrisa Çimnaz Sultanovanın məzar daşı hazırlanıb. Viral.az xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə yayılıb. Mərhumun məzar daşı üzərinə həkk olunan şəkili izləyicilərin diqqətini çəkib. Onların bəziləri aktrisanın fotpsunda gözlərindən kədər yağdığını qeyd ediblər. Digər diqqətçəkən məqam isə məzar daşı üzərində mərhumun soyadının Sultanova deyil, Heybətova yazılması olub….
ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq istəyir. Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. “Ağ Ev həm Qərb, həm də pravoslav kilsələrində bu il Pasxa bayramı olan 20 aprel tarixinə qədər atəşkəs razılaşması əldə etməyi hədəfləyir, lakin bu müddətin dəyişə biləcəyini qəbul edir”, – məlumatda qeyd olunub.
22 mart Dünya Su Resursları Günü kimi qeyd olunur. Viral.az-ın məlumatına görə, ADY dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir. Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir Proses zamanı yaranan çirkli su…
ABŞ-da Virciniya ştatının keçmiş prokuroru, 43 yaşlı Cessika Aber öz evində ölü tapılıb. Viral.az xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat yayıb. Ölümün səbəbi hələ göstərilməyib, səbəblər məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək. Qeyd olunur ki, Aber vəzifəsini iki ay əvvəl tərk edib.
Bu gün UEFA Millətlər Liqasında pley-off və dörddəbir final mərhələsinin cavab görüşləri keçiriləcək. Viral.az xəbər verir ki, görüşlərdən biri Bakı vaxtı ilə saat 18:00-da, beşi 21:00-da, digərləri isə saat 23:45-də başlayacaq. 23 mart UEFA Millətlər Liqası 1/4 final 23:45: İspaniya – Niderland; 23:45: Fransa – Xorvatiya; 23:45: Portuqaliya – Danimarka; 23:45: Almaniya – İtaliya; A/B pley-offu…
ABŞ Prezidenti Donald Tramp martın 21-də Oval kabinetdə jurnalistlərlə danışarkən azı doqquz yalan iddia irəli sürüb. Viral.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb. Məlumata görə, bu iddiaların arasında 2024-cü ilin noyabrında ABŞ-da keçirilən seçkilərin nəticələri, Ukraynaya yardım, miqrasiya, Çin və Kanada ilə ticarət kəsirləri kimi məsələlər yer alıb. Media nəhəngi qeyd edir ki,…
Amerikanın Nyu-Meksiko ştatının Las Kruses şəhərindəki parkda atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Telekanalın məlumatına görə, polis hələlik şübhəlilərin kimliyini müəyyən etməyib. Parka gedən bütün yollar bağlanıb.
Tehranda yaşayış binasında partlayış baş verib. Viral.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Məlumata görə, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib. Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib. İndiyə olan məlumata görə, hadisə nəticəsində 21 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib . Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb. C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb. Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin iştirakçısıdır. Forman ağır çəkidə…
Tanınmış jurnalist Etibar Cəbrayıloğluna ağır itki üz verib. Viral.az xəbər verir ki, jurnalistin anası Rəisə xanım bu gün 84 yaşında vəfat edib. Bu barədə mərhumun nəvəsi Turan Etibaroğlu bildirib. Allah rəhmət eləsin.
Kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək. Viral.az xəbər verir ki ,bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı növbəti müraciətində bildirilib. “Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə…
Abşeron rayon Xırdalan şəhərində diametri 1000 mm olan kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Məlumatda bildirilib ki, bununla əlaqədar Xırdalan şəhərinin su təchizatı 21 mart tarixdə saat 22:00 dan, 22 mart tarixi…
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib. Viral.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi…
21 mart – Beynəlxalq Meşələr Günündə ölkənin bir çox regionlarını əhatə edən meşə fondu torpaqlarının açıq sahələrində ağacəkmə tədbirləri keçirilib. Viral.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən aparılan ağacəkmə tədbirləri zamanı bir gündə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 13 650 ədəd müxtəlif…
İran Prezidenti Məsud Pezeşkian və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Viral.az xəbər verir ki, bu barədə İran hökuməti məlumat yayıb. Məsud Pezeşkian və Nikol Paşinyan Qafqaz regionundakı son prosesləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair məsələləri müzakirə edib.
Ötən il fiziki şəxslərin Azərbaycandan Niderlanda pul köçürmələrinin həcmi 4,93 milyon ABŞ dolları təşkil edib. Viral.az Azərbaycan Mərkəzi Bankına istinadla məlumat verir ki, bu göstərici illik müqayisədə 52,3 % və ya 1,693 milyon ABŞ dolları artıb. Ölkənin ümumi pul köçürmələrində Niderlandın payı 0,9 % təşkil edib. Xatırladaq ki, 2024-cü ildə fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin ümumi həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil…
Ermənistan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Viral.az xəbər verir ki, Ermənistan XİN-in məlumatına görə, nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin başçılıq ediblər. Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə ediblər. Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı…
Martın 19-da Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində, ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk etdikləri üçün itkin düşmüş kimi axtarışda olan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Viral.az-a DİN-in mətbuat xidmətindən məlumata verilib. İtkin düşmüş şəxslərin axtarışı və tapılması DİN-in Mətbuat Xidmətinin məlumatına əsasən, martın 19-da ölkə ərazisində…
Martın 19-da Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ölkə ərazisində müxtəlif hüquq pozuntuları ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu barədə Viral.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Gün ərzində qeydə alınan cinayətlər: 36 cinayət hadisəsi qeydə alınıb və onların hamısının üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan cinayətlər:27 cinayətin açılması təmin edilib. Axtarışda olan şəxslərin…