Belçika Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi VERƏCƏK

Belçika öz ehtiyatlarından Konqo Demokratik Respublikasına 20 min doza meymunçiçəyi peyvəndi verəcəyini açıqlayıb. Viral.az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. “Qlobal sağlamlıq və hamının səhiyyə xidmətinə ədalətli çıxışı təmin etmək məsələlərində beynəlxalq öhdəliklərə sadiqliyimizi təsdiq edərək Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcəyimizi bəyan edirik”,…

Ətraflı

“Brent” markalı neftin qiyməti son 14 ayın minimumuna DÜŞDÜ

Londonun ICE birjasındakı ticarət zamanı “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 28 iyun 2023-cü il tarixindən bəri ilk dəfə bir barel üçün 72 ABŞ dollarından aşağı düşüb. Bu barədə Viral.az TASS-a istinadən xəbər verir. Bakı vaxtı ilə saat 18:44-də birjada “Brent” markalı neftin bir barelinin qiyməti 1,02 % ucuzlaşaraq 71,95 ABŞ dollara düşüb. Qlobal iqtisadi…

Ətraflı

Pentaqon Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım paketi AYIRDI

ABŞ hökuməti Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım tranşının ayrıldığını elan edib. Viral.az xəbər verir ki, bu barədə “İnterfaks” Pentaqondan təqdim olunan açıqlamaya istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Ukraynaya verilən silahlar ölkənin ən təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. “O cümlədən, hava hücumundan müdafiə raketləri, reaktiv yaylım atəşi sistemləri və top artilleriyası üçün…

Ətraflı

Hakan Fidan Ukrayna XİN-in yeni başçısı ilə regiondakı vəziyyəti müzakirə ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın yeni xarici işlər naziri Andriy Sbiqa ilə telefonla danışıb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, H.Fidan ukraynalı həmkarını təyinatı münasibətilə təbrik edib. Telefon danışığı zamanı regiondakı son proseslər də müzakirə olunub.

Ətraflı

Amfibiya tipli təyyarə İzmir-Urla istiqamətindəki meşə yanğını ilə mübarizəyə cəlb olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Bu barədə Viral.az-a FHN-dən bildirilib. Qeyd edilib ki, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub….

Ətraflı

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov danışıb. Onun sözlərinə görə, əməliyyat zamanı 310 separatçı məhv edilib, 614 düşmən isə yaralanıb. Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz…

Ətraflı

Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət MƏRKƏZİNDƏDİR

Bu gün İtaliyada keçirilən 50-ci Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzindədir. Viral.az xəbər verir ki, yubiley forumunda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib, moderatorun suallarını cavablandırıb, mühüm mesajlar verib. Beynəlxalq Çernobbio Forumu…

Ətraflı

ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib

Çin və ABŞ iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi kimi məsələlərdə hələ də bəzi fikir ayrılıqlarına malikdir, lakin bu həftə baş tutmuş danışıqlar zamanı tərəflər onların aradan qaldırılması məsələsində irəliləyiş əldə ediblər. Viral.az xəbər verir ki, bunu ABŞ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta Pekində çinli həmkarı Lyu Çjenmin və Çinin xarici işlər naziri Van…

Ətraflı

Goyçayda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib. Viral.az APA-ya istinadən xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri – Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər. Faktla…

Ətraflı

Hindistandan Almaniyaya uçan təyyarə Ərzurumda məcburi eniş ETDİ

Mumbaydan Münhenə uçan “Vistara Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsinə bomba qoyulmasına dair məlumatla əlaqədar Türkiyənin Ərzurum şəhərinin hava limanında məcburi eniş edib. Viral.az–ən məlumatına görə, Ərzurum valisi Mustafa Çiftçi bildirib ki, hadisə ilə bağlı Ərzurum hava limanına minik və çıxış müvəqqəti qadağan edilib.

Ətraflı

Bakıda qadına tüfənglə atəş açıldı

Bakıda keçmiş həyat yoldaşına odlu silahdan atəş açaraq öldürməyə cəhddə təqsirləndirilən Rəşad Əsədzadəyə hökm oxunub. Viral.az xəbər verir ki, Qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror Tural Yaqubov təqsirləndirilən şəxsin 17…

Ətraflı

İsrailin milli təhlükəsizlik naziri çimərlikdə hücuma məruz QALDI

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb. Viral.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb. Hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb. Qadını…

Ətraflı

Bakıda avtomobildə yanğın oldu – VİDEO

Bakıda avtomobildə yanğın olub. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. “Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN-dən qeyd edilib. Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, maşının…

Ətraflı

Bu binaya Nəsrulla Kəngərlinin xatirə lövhəsi vurulacaq

XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, əməkdar inşaatçı, SSRİ Dövlət mükafatı laureatı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsi əbədiləşdirilib. Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərarla Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Nəsrulla Yaqub oğlu Kəngərlinin Bakı şəhərində yaşadığı binaya (İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində…

Ətraflı

Azərbaycanda “Yaşıllıqların götürülməsi Qaydası” DƏYİŞDİ

Nazirlər Kabineti “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 30 avqust 2016-cı il tarixli qərarında dəyişiklik edib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün…

Ətraflı

Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizləndi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yollarının təhkim zolaqlarını məişət tullantılarından təmizləyib. Viral.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Sabunçu rayonunun Zabrat və Kürdəxanı qəsəbələrində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib və nəticədə həm dəmir yolu infrastrukturunun, həm də ətraf…

Ətraflı

Rusiya İrandan ballistik raketlər ALIR

Rusiya ötən ilin dekabrında bağlanmış müqavilə çərçivəsində yaxın vaxtlarda İrandan iki növ ballistik raket partiyası ala bilər. Viral.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” “Sky News” telekanalına istinadən məlumat yayıb. “Hər iki tərəf silah üçün mübarizə aparır, Rusiya daxili istehsalını artırsa da, İran və Şimali Koreyadan silah tədarükünə ehtiyacı var”, – hərbi analitik Şon Bell…

Ətraflı

Bu gün cüdo üzrə ikinci qızıl medalı QAZANDIQ

Azərbaycan cüdoçusu Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb. Viral.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn S.Şükürov qitə çempionatının qızıl medalını qazanıb. Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan…

Ətraflı

Hollandiya Ukraynaya 88 milyon avro AYIRDI

Hollandiya Ukraynaya hərbi yardım üçün 80 milyon avro ayırıb. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “X”-də bildirib. Hollandiya F-16-lar üçün 80 milyon avro ayıracaq. Bundan əlavə, Hollandiya Ukraynanı hava raketləri ilə təmin edəcək “Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi bizim əsas prioritetimizdir və biz Hollandiyanın dəstəyini yüksək qiymətləndiririk,”- Ukrayna Müdafiə Nazirliyinin paylaşımında…

Ətraflı