Putin Əliyevlə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsini də müzakirə edəcəklər. Viral.az xəbər verir ki, bu barıədə “Ria Novosti” məlumat yayıb. “Prezidentlər regional və beynəlxalq siyasətin aktual problemləri, xüsusilə Azərbaycan-Ermənistan nizamlanması münasibətlərinin mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar”, – xəbərdə deyilir. Xatırladaq ki, Kreml Putinin avqustun 18-19-da Azərbaycana rəsmi səfər edəcəyi barədə…

Ətraflı

Lukaşenko prezident postundan getməyə hazırlaşır

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini onun gələcək dövlət başçısı postundan getməsinə hazırlayır.   Viral.az-ın məlumatına görə, bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb.   “Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir…

Ətraflı

Azərbaycanın göndərdiyi təyyarə Türkiyədəki meşə yanğınlarını söndürür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

Ətraflı

Nazir yanğınların Türkiyəyə vurduğu zərərdən danışdı

Türkiyənin meşə yanğınlarına məruz qalan İzmir vilayətində dəyən zərərin hesablanmasına başlanıb. Bu məqsədlə şəhərdə 52 bina və 97 ev araşdırılıb. Onlardan 43 bina və 45 fərdi yaşayış evinin alovun təsirindən dağıldığı, ağır və ya orta dərəcədə zərər gördüyü müəyyən edilib. Hazırda bu bölgədə yanğın nəzarət altına alınıb və soyutma işləri davam edir. Viral.az xəbər verir…

Ətraflı

Mən Kamala Harrisdən daha gözələm

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxış edərkən seçki yarışında rəqibi Kamala Harrisin görünüşündən danışıb. Viral.az bu barədə CNN-ə istinadla xəbər verir. Tramp bəzilərinin ABŞ-nin vitse-prezidentinin üstünlüyünün onun gözəlliyi olması fikri ilə razılaşmayıb. “Deyirlər, onun ən böyük üstünlüyü gözəl qadın olmasıdır. Mən ondan çox daha gözələm”, – Tramp deyib.

Ətraflı

“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir” – Səfir

“Azərbaycan BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq istəyir”. Viral.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib. “BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”,…

Ətraflı

Ukrayna Kurska hücumda Britaniya PUA-larından istifadə edir

Ukrayna silahlı qüvvələri Kursk bölgəsinə hücumda Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatlarından istifadə edir. Viral.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin fəaliyyəti təkcə silah təchizatı ilə məhdudlaşmır. Belə ki, britaniyalı müşavirlər Ukrayna hərbi komandanlığının planlarının müzakirəsində fəal iştirak edirlər. Bundan əvvəl, “Sky News” kanalı…

Ətraflı

Ramiz Rövşən xəstəxanaya düşdü – FOTO

Xalq şairi Rövşən Ramiz Bakı Sağlamlıq Mərkəzində müalicə olunub. Viral.az xəbər verir ki, bu barədə “musavat.com”a xəstəxanadan bildirilib. “Xalqımızın sevimli şairi, 77 yaşlı pasiyentimiz Mərkəzimizə arterial hipertenziya, limfoödem diaqnozları ilə müraciət edib. Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyev və komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan Ramiz Rövşən tətbiq olunan müalicələrdən sonra qısa zaman…

Ətraflı

Ronaldonun komandası uduzdu – baş məşqçi qovuldu

“Əl Nəsr” komandası Səudiyyə Ərəbistanı Superkubokunda “Əl Hilal”la oyunda (1:4) məğlubiyyətdən sonra baş məşqçi Luis Kastronu istefaya göndərib. Viral.az bu barədə xarici mediaya istinadla xəbər verir. Qeyd edək ki, Kastro 2023-cü ildən “Əl Nəsr”ə rəhbərlik edirdi. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədər idi. Əvvəllər o, “Rio Ave”, “Çaves”, “Vitoria Gimaraeş”, “Şaxtyor”, “Al Duhail” və “Botafoqo” komandalarını çalışdırıb.

Ətraflı

Bu qitədə meymunçiçəyi sürətlə yayılır

Afrikada meymunçiçəyi virusu sürətlə yayılır. Viral.az xəbər verir ki, bu, Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda əksini tapıb. Yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli “Clade 1b” növü də var. Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.

Ətraflı

"Şeytan çarxı" alışdı

Almaniyanın Saksoniya əyalətinin Leypsiq şəhəri yaxınlığında keçirilən musiqi festivalı zamanı “şeytan çarxı” alışıb. Viral.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Polis sözçüsünün verdiyi məlumata görə, dördü polis olmaqla 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarətlər aldığı ehtimal edilir. 18 nəfər xəstəxanaya aparılıb. Yerli polisin məlumatına görə, dörd nəfər yanıq xəsarəti alıb,…

Ətraflı

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur

“Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur”. Viral.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS-a müsahibəsində deyib. “Əlbəttə, mən məmnunam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək qarşılıqlı müttəfiq fəaliyyət səviyyəsindədir. Biz çox fəal işləyirik və bu gün…

Ətraflı

Belarus ordusunun üçdə biri Ukrayna ilə sərhədə yerləşdirildi

“Belarus, Ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb”. Viral.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, Ukrayna Belarusla sərhədləri yaxınlığında 120 mindən çox hərbi qulluqçu saxlayır: Lukaşenko xatırladıb ki, Rusiyadan iyunun sonu – iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak…

Ətraflı

Dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha göstərdi

Ölkə üzrə meşə yanğınları ilə mübarizədə bizə dəstək verən can Azərbaycana təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu dəfə də dünyaya nümunə olan qardaşlığımız özünü büruzə verdi. Bu qardaşlıq növbəti dəfə dünyaya nümayiş etdirildi. Viral.az xəbər verir ki, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib. Nazir bildirib…

Ətraflı

Kremldən Azərbaycan-Ermənistan normallaşması prosesi ilə bağlı AÇIQLAMA

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır. Viral.az xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, qarşıda duran əsas vəzifələr sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında…

Ətraflı

Yeni generallara ali hərbi rütbələri təqdim edildi

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. DSX-dan Viral.az-a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2024-cü il tarixli…

Ətraflı

Abbas Araqçi İranın xarici işlər naziri vəzifəsinə təsdiqləndi

İran parlamenti Abbas Araqçini xarici işlər naziri vəzifəsinə təsdiqləyib. Viral.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. İran parlamentinin (İslam Şurası) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası təklif olunan xarici işlər naziri Abbas Araqçinin səlahiyyətlərini, planlarını və fəaliyyətini təsdiqləyib. Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 11-də 14-cü hökumətdə xarici işlər naziri vəzifəsinə…

Ətraflı

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyə bütün bölgələrində meşə yanğınları ilə mübarizə aparır. Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə səfərbər edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib. Viral.az xəbər verir ki, Türkiyənin İzmir,…

Ətraflı

Deputatlığa namizədin avtomobilini əzdilər – FOTO

Xətai rayon 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd Bakir Həsənbəylinin avtomobili vurulub. Viral.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb. “Səhəri xoş olmayan “sürprizlə” qarşıladım. Yaşadığım Xətai rayon Cavanşir küçəsi ev 27A-nın həyətində idarə etdiyim avtomobili əziblər. Nəticədə mənə maddi ziyan dəyib. Onu da qeyd edim ki, Xətai rayon 35 saylı üçüncü…

Ətraflı