Bu dövlət qurumu Şuşada fəaliyyət göstərə bilməyəcək

Prezident İlham Əliyev 6 iyun 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib Viral.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra agentlik (AYNA) Şuşa şəhəri istisna olmaqla avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edəcək, yenə…

Ətraflı

Azad edilmiş rayonlarda tikinti işlərinə bu qədər xərclənib

2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib. Viral.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində…

Ətraflı

İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə böyük səlahiyyətlər VERDİ

Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Viral.az xəbər verir ki, fərmana əsasən, nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib: – tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; – Bakı şəhərinin inzibati ərazisində…

Ətraflı

Prezidentdən Naxçıvan TV ilə bağlı FƏRMAN

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib: – “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı…

Ətraflı

Prezident bu sənədi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiqlənib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər…

Ətraflı

İTV buna görə 3 min manat CƏRİMƏLƏNDİ

Məhkəmə İTV-ni cərimələyib. Bu barədə Viral.az-a Audioviovizual Şuradan məlumat verilib. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb. Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və…

Ətraflı

Ali təhsil müəssisələrinə ixtisas seçimi edənlərin sayı AÇIQLANDI

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, avqustun 15-i saat 14:00-a olan məlumata görə 53 min 434 ərizə təsdiqlənib. Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent…

Ətraflı

HƏMAS Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün şərtini AÇIQLADI

Fələstinin HƏMAS hərəkatı Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün şərtini açıqlayıb. Viral.az xəbər verir ki, hərəkatın Siyasi bürosunun üzvü Usamə Həmdan “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, bu, danışıqların ABŞ Prezidenti Co Baydenin may ayında səsləndirdiyi və beynəlxalq səviyyədə təsdiqlənən təklifin həyata keçirilməsinə əsaslanacağı halda mümkündür. “Biz vasitəçilərə məlumat verdik ki, istənilən görüş hansısa…

Ətraflı

Sabah Bakıda içməli su təchizatı tam bərpa ediləcək

Sabah günorta saatlarında Bakı üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Viral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib. Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb: “Hazırda su xəttinin doldurulması və…

Ətraflı

Yağıntılı hava şəraiti davam edir, külək güclənib

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Viral.az xəbər verir ki, bu barədə xidmətdən verilən məlumatda deyilir. Bildirilib ki, hazırda Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Xaltan, Şabran, Şahdağ, Yevlax, Göyçay, Zərdab, Tərtər, Kürdəmir, Yardımlı, Lerk, Lənkəranda şimşək çaxır,…

Ətraflı

“Jurnalistlər binası”nın qarşısında QƏZA

Bakıda avtomobil qadını vuraraq öldürüb. Viral.az xəbər verir ki, hadisə Səbail rayonu “Jurnalistlər binası”nın qarşısında qeydə alınıb. Elşad Hüseynov idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə yolu keçən, 1974-cü il təvəllüdlü Həqiqət Abbasovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Ətraflı

AFFA 4 klubu CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Viral.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın yeni mövsümünün II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” 700 manat cərimələnib. Gəncə təmsilçisinin üzvü Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, bu,…

Ətraflı

Hüseyn Abdullayev müalicə müəssisəsinə köçürüldü

Altı illik həbsdən sonra yenidən cinayət məsuliyyətinə cəlb edilən keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb. Viral.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. Abdullayev bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. “Quska”nı məhkəmədə 4 tanınmış vəkil – Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla…

Ətraflı

“Qarabağ” yeni qapıçı ALDI

Azərbaycanın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb. Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub. Klubla 24 yaşlı polşalı qolkiper arasında “3+1” illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən…

Ətraflı

Bu deputatlığa namizədlərə xəbərdarlıq EDİLDİ

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan dörd nəfərə xəbərdarlıq edilib. Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev…

Ətraflı

Sabahın havası – yağış, leysan, şimşək, dolu

Avqustun 16-da Azərbaycanda hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəz yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı…

Ətraflı

Ermənistan Rusiyaya yeni səfir təyin ETDİ

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Qurgen Arsenyan prezident Vaan Xaçaturyanın qərarı ilə Rusiyaya səfir təyin edilib. Viral.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər verir. O, əvvəllər deputatlıqdan istefa vermişdi.  Qeyd edək ki, 2022-ci il martın 10-dan Ermənistanın Rusiyadakı diplomatik missiyasına Vaqarşak Arutyunyan rəhbərlik edir.

Ətraflı

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. İdarədən Viral.az-a bildirilib ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil…

Ətraflı

Prezident konqolu həmkarını təbrik ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev konqolu həmkarı Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda qeyd edilib: “Hörmətli cənab Prezident, Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq…

Ətraflı