Güləşçimizin medal görüşündəki rəqibi DƏQİQLƏŞDİ

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib. Viral.az xəbər verir ki, bu, 67 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmadan sonra bəlli olub. Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək. Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib – 8:0. Medal görüşləri axşam seansına təsadüf edəcək. Qeyd…

Ətraflı

Bu il 100 uşaq övladlığa verilib

2024-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib, onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır. Viral.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə…

Ətraflı

“Azərişıq” Tovuzda yenidənqurma işlərini davam etdirir

Regionların elektrik təsərrüfatının yenilənməsi istiqamətində “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və quruculuq işləri Tovuz rayonunu da əhatə edib. Viral.az “Azərişıq”a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur. 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Rayonun Papaqçılar, Ağdam, Qaradaş,…

Ətraflı

Seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır

Növbədənkənar parlament seçkilərinin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkar funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb. Viral.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib. O qeyd edib ki, media subyektlərinin sərbəst fəaliyyətinin…

Ətraflı

İranda 87 nəfər edam olunub

İranda keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə həbsxanalarında azı 87 nəfər edam olunub. Viral.az xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Hüquqlarını Müdafiə Təşkilatının başçısı Mahmud Əmiri Müqəddəm bildirib. Onun sözlərinə görə, Tehran hakimiyyəti İsraillə gərginliyə beynəlxalq diqqətdən sui-istifadə edərək məhbusların kütləvi qətllərini həyata keçirir: “Bununla da İranda boğucu mühit yaradır”. M.Ə.Müqəddəm bildirib ki, beynəlxalq…

Ətraflı

Naxçıvan aeroportunun tabeliyindəki şirkət LƏĞV OLUNDU

Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyindəki “Aeroport Taksi” MMC ləğv olunduğunu elan edib. Viral.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Naxçıvan aeroportuna bildirə bilərlər. Xatırladaq ki, “Aeroport Taksi” 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hesablama Palatası ötən il keçirdiyi yoxlamalar zamanı şirkətin…

Ətraflı

Ən hündür göydələn bu ölkədə tikiləcək

Braziliyanın Balneario-Kamboriu şəhərində dünyanın ən hündür göydələni tikiləcək. Viral.az xəbər verir ki, bununla bağlı yerli hakimiyyət razılığa gəlib. Məlumata görə, Barra do Sul ərazisində tikiləcək göydələn “Triumf Tower” adlanacaq. Bina 544 metr hündürlükdə, Nyu Yorkun Mərkəzi Park Qülləsindən 72 metr hündür olacaq. Yüz mərtəbəli, ümumi sahəsi 150 min kvadratmetr planlaşdırılan memarlıq işi ilə bağlı əlavə…

Ətraflı

DYP avtoxuliqanlığa meyilli şəxslərə müraciət ETDİ

Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, təkcə…

Ətraflı

İki əsgərin ölməsi ilə bağlı həbs edilən hərbçilər işgəncə və digər cinayətlərdə ittiham OLUNUR

Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşməsi ilə bağlı azadlıqdan məhrum edilən iki hərbçi tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Viral.az xəbər verir ki, Hərbi Prokurorluğun avqustun 7-də yaydığı məlumatdan aydın…

Ətraflı

Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür

Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür. Viral.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb. Bildirilib ki, Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Beləliklə, 1987-ci ildən başlamış və 300…

Ətraflı

20 yaşlı sürücü sükan arxasında qəfil öldü – FOTO

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb. Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib. Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Ermənistana qardaş dəstəyi bundan sonra da davam edəcək

“ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək”. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib. O deyib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur. “O’Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər…

Ətraflı

Bu il 251 avtoxuliqanlıq faktı AŞKARLANIB

Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq. Bu barədə Viral.az-a DİN Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, cari ilin 7…

Ətraflı

Mehriban Əliyeva taekvondoçu Qaşım Maqomedovu TƏBRİK ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib. Viral.az xəbər verir ki, paylaşımda deyilir: “Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”

Ətraflı

Qəzzada HƏMAS lideri ÖLDÜRÜLDÜ

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvlərindən birini öldürüb. Viral.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətmiş HƏMAS üzvünü Qəzza zolağında məhv edib. İyulun 24-də Qəzza zolağında İDF və Şin Betin birgə əməliyyatı zamanı…

Ətraflı

“Real”ın sabiq futbolçusu vəfat ETDİ

İspaniyanın “Real” klubunun sabiq futbolçusu Eduardo Qonsales (Çato) vəfat edib. Viral.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Keçmiş yarımmüdafiəçi 80 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Eduardo Qonsales 1966-1969 və 1970-1971-ci illərdə “Real”ın formasını geyinib. O, “kral klubu”nun heyətində üç dəfə İspaniya çempionu olub.

Ətraflı

Şəhid övladı faciəvi şəkildə vəfat etdi

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov faciəvi şəkildə vəfat edib. Viral.az-ın məlumatına görə, o, elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Xəqani Aslanov 1992-cı ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar. (modern.az)

Ətraflı

Sabahdan seçkiqabağı təşviqat BAŞLAYIR

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır. Viral.az xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün…

Ətraflı

İran İsrailə hücum etməyəcək?

İran Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər. Viral.az xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb. Belə ki, Amerika Birləşmiş Ştatlar hələ də Haniyənin öldürülməsinə İrandan hansısa cavab gözləyir, lakin Tehranın ilkin cavab planına…

Ətraflı

Güzgülü 08/08/2024: Bu tarix həyatımızı necə dəyişəcək?

Güzgü tarixləri həmişə numerologiya, ezoterizm və rəqəmlərin sehri ilə maraqlanan insanlar üçün xüsusi maraq kəsb edib. Onların xüsusi enerjisi var. Belə tarixlərdən biri də üç səkkizdən ibarət 08/08/2024-cü ildir. Numerologiyada 8 rəqəmi sonsuzluq, tarazlıq, tale və maddi uğuru simvollaşdırır. Viral.az sözügedən güzgü tarixinin möcüzəsini təqdim edir: Enerji artımı: bu gün siz enerji və ilham dalğası…

Ətraflı