Paris Olimpiadasında daha bir xoşagəlməz hadisə

Paris Olimpiadasının təşkilatçıları Sena çayında baş tutmalı olan açıq suda üzgüçülük məşqini ləğv ediblər. Viral.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb. Məşqlərin ləğv edilməsinə səbəb suyun keyfiyyətsizliyi olub. “Situasiya ilə bağlı gündəlik iclasdan sonra avqustun 6-da keçirilməsi planlaşdırılan tanışlıq sessiyasının ləğv edilməsi qərara alınıb”, – məlumatda bildirilib. Qeyd edək ki, Sena…

Ətraflı

Türkiyə-Azərbaycan Universiteti bu binada yerləşəcək

Türkiyə-Azərbaycan Universiteti əvvəlki Bakı Ali Neft Məktəbinin binasında fəaliyyətə başlayacaq. Viral.az xəbər verir ki, bu barədə Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev deyib. Bildirilib ki, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində…

Ətraflı

Roza oğluna “dilənçi” dedi – Cavab gecikmədi

Müğənni Roza Zərgərli kiçik oğlu Jerard Qafarovun açıqlamasına münasibət bildirib. Viral.az xəbər verir ki, bununla bağlı müğənni instaqramda paylaşım edib. “Bir uşağa qucaq açmaq hər igidin işi deyil. Bir çox kişinin görə bilmədiyi işi gördüm. Allah xatirinə… Quyuya su tökməklə quyu sulu olmur. İki doğma qardaş. Biri iş sahibi olmağı bacardı, zəhmətimi, əməyimi dəyərləndirdi. Digəri isə…

Ətraflı

“Koroğlu” istiqamətində sıxlıq yaranıb – FOTO

Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub. Bu barədə Viral.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. “Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür”, – deyə məlumatda qeyd edilib.

Ətraflı

Banqladeş parlamenti buraxıldı

Banqladeş parlamenti buraxılıb. Viral.az xəbər verir ki, bu barədə “Respublika” telekanalı xəbər verir. Bu barədə qərarı Prezident Məhəmməd Şahabuddin imzalayıb. Prezident ofisinin xəbərinə görə, qərar ölkə başçısının siyasi qüvvələr, tələbə hərəkatının nümayəndələri, vətəndaş cəmiyyəti və ordu rəhbərliyi ilə görüşlərindən sonra verilib.

Ətraflı

Bu gün dünyada ilk internet serveri günüdür

Bu gün bütün dünyada ilk internet serveri günü kimi qeyd olunur. Belə ki, dünyada ilk internet serveri (World Wide Web) 1991-ci ilin bu günündə işə salınıb. Həmçinin internet səhifələr üçün standart olaraq “WWW” başlığı müəyyən edilib. Hazırda milyonlarla insan rəqəmsal mühitin sonsuz imkanlarından faydalanır. Viral.az Azərtac-a istinadla bu günün tarixinə qısa nəzər salır. Otuz üç…

Ətraflı

Bakıda daha bir avtobus qəzası, xəsarət alanlar var

Bakıda daha bir marşrut avtobusu ağır yol qəzasına düşüb. Viral.az xəbər verir ki, hadisə bu gün Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib. Belə ki, hadisə vaxtı “KamAZ” markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Hadisə zamanı yük maşını “Hyundai” markalı minik avtomobilini də vuraraq yararsız hala salıb. Hadisə…

Ətraflı

Avqustun 7-nin ən xoşbəxt BÜRCÜ: Uğurlu gününüz xoş keçsin!

Ulduzlar həyatın hər sahəsində uğur qazandırır. Uğurlu gününüz xoş keçsin! Viral.az lent.az-a istinadən bildirir ki, Şirlər, bu gün parlamaq vaxtınızdır! Məqsədlərinizə çatmaq üçün bu enerjidən istifadə edin. Bütün işlərinizdə uğurlar sizi müşayiət edəcək. İşdə uğurlar Şirlər özlərinin ən yaxşı peşəkar keyfiyyətlərini nümayiş etdirə, həmkarlarını və rəhbərliyi yeni ideyalar və effektiv həllər ilə heyran edə biləcəklər….

Ətraflı

“Qarabağ”ın bugünkü oyununa satılan biletlərin sayı AÇIQLANDI

“Qarabağ”ın Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb. Viral.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb. Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü…

Ətraflı

YAP-ın bütün deputatlığa namizədləri qeydə ALINDI

Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bu barədə Viral.az-a YAP-dan məlumat verilib. Bildirilib ki, partiyanın 125 seçki dairəsi üzrə təqdim etdiyi bütün namizədlərə artıq qeydiyyat vəsiqəsi verilib.

Ətraflı

Sabahın havası – güclü külək, yağış, dolu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi…

Ətraflı

Ukraynanın məşhur aşpazı cəbhədə həlak oldu

Ukraynanın Xerson “Kabanos” restoranının məşhur aşpazı Sergey Pantak cəbhədə həlak olub. Viral.az xəbər verir ki, Ukrayna müdafiəçisinin ölümü barədə Xerson könüllüsü Yuliya Kiseleva məlumat verib. “Dostlar, bu səhər Xerson ən yaxşı sakinlərindən birini itirdi, ölkəmizi müdafiə edən və bizim iradəmiz üçün sona qədər mübarizə aparan dostumuz Sergey Pantak öldü”, – deyə o, feysbukda yazıb. (redaktor.az)

Ətraflı

Almaniya öz vətəndaşlarını Livandan təxliyə edir

Almaniya hökuməti İsrail və İran arasında münaqişənin şiddətlənməsi qorxusu ilə bu gün Livan və digər Yaxın Şərq ölkələrindən öz vətəndaşlarını Kipr vasitəsilə təxliyə etməyə başlayacaq. Viral.az xəbər verir ki, bu barədə Kipr Yayım Korporasiya (CyBC) məlumat yayıb. Bildirilib ki, Aşağı Saksoniya federal əyalətində A400M nəqliyyat təyyarəsi Beyruta uçmağa hazırdır. CyBC qeyd edib ki, potensial münaqişə zonasında təxminən 2 min Almaniya…

Ətraflı

İran Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri istəyib

İran İsrail ilə mümkün müharibəyə hazırlıq çərçivəsində Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri istəyib. Viral.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Adlarının açıqlanmasını istəməyən İran mənbələri xəbəri təsdiqləyib və müasir radar və hava hücumundan müdafiə sistemlərinin təchizatının başlandığını bildiriblər. Qeyd edək ki, avqustun 5-də Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey…

Ətraflı

Pentaqon Yaxın Şərqdəki qüvvələrə qarşı yeni hücumların olacağını gözləyir

Pentaqon İraqda Amerika hərbçilərinin yerləşdiyi hava bazasına son hücumdan sonra yaxın günlərdə bölgədəki kontingentinə qarşı yeni hücumların olacağını gözləyir. Viral.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbəyə istinadən məlumat yayıb. ABŞ nümayəndəsi qeyd edib ki, Pentaqon yaxın gələcəkdə iranpərəst silahlı birləşmələrin regiondakı Amerika qüvvələrinə yeni hücumlarını proqnozlaşdırır. Qeyd edək ki, ötən gecə İraqın qərbindəki…

Ətraflı

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin NƏZƏRİNƏ!

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elm və təhsil ciddi şəkildə bir-birini tamamlayır. Fakültədə 12 kafedra, 2 mərkəz və Hüquq Klinikası fəaliyyət göstərir. Universitetdən Viral.az-a bildirilib ki, Hüquq fakültəsində bakalavriat səviyyəsində təhsil hüquqşünaslıq ixtisası üzrə əyani və qiyabi formada həyata keçirilir. Fakültədə Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Konstitusiya hüququ, Cinayət hüququ və kriminologiya, Cinayət…

Ətraflı

Metroda oğurluq edən qadın saxlanıldı

Metropolitendə Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb. DİN-nin Mətbuat xidmətindən Viral.az-a bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami…

Ətraflı

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir. Elm və Təhsil Nazirliyindən Viral.az-a verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər. Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul…

Ətraflı

Yaponiya vətəndaşlarını İrana getməməyə ÇAĞIRDI

Yaponiya hökuməti vətəndaşlarına İrana səyahət etməməyi məsləhət görüb. Viral.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yosimasa Xayasi avqustun 6-da paytaxt Tokioda keçirdiyi mətbuat konfransında bildirib. Məlumata görə, Tokio İrana səfərlərlə bağlı xəbərdarlığı üçüncü səviyyəyədək qaldırıb. Bu isə həmin ölkəyə “səyahət etmək məsləhət görülmür” anlamına gəlir. Bildirilib ki, Yaponiyada səyahətlərlə bağlı dörd səviyyə mövcuddur. Ötən…

Ətraflı

Taksi sürücüsünü döyüb avtomobilini qaçıran şəxslər saxlanıldı

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətindən Viral.az-a verlən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı…

Ətraflı