Polat Alemdar uzun zamandır gizlətdiyi oğlanlarının FOTOsunu paylaşdı

Hər kəsin Polat Alemdar obrazı ilə tanıdığı məşhur aktyor Necati Şaşmaz uzun müddət sonra sosial şəbəkələrdə şəkillərini paylaşıb. Viral.az lent.az-a istinadən xəbər verir ki, ailəsi ilə bağlı məlumatları gizli saxlamağı sevən Şaşmaz 2012-2021-ci illər arasında evli olduğu Nagehan Kaşıkçıdan olan uşaqlarının ilk dəfə şəkillrini paylaşıb. Qeyd olunur ki, Necati Şaşmaz sosial mediadan aktiv istifadə etməyən məşhurlar sırasındadır. Aktyor Necati…

Ətraflı

Ukrayna 10 ədəd F-16 ALDI

Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcı təyyarəsi alıb, ilin sonunda Kiyevə verilən F-16-ların sayı 20-yə çatacaq. Viral.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb. Nəşr yazıb ki, Ukraynanın ümumilikdə Qərbdən 79 F-16 alması gözlənilir. Bu qırıcı təyyarələrin qalan qisminin 2025-ci il ərzində mərhələlərlə çatdırılması nəzərdə tutulub.

Ətraflı

Zəlzələ mühəndisindən DƏHŞƏTLİ PROQNOZ: Bu ərazi təhlükədə – 7,5 bal gücündə…

Mədən Texniki Kəşfiyyatının (MTA) son araşdırmaları nəticəsində Kayseridəki nasazlıqların 7,5 bal gücündə zəlzələ yarada biləcəyi müəyyən edilib. Viral.az musavat.com-a istinadən bildirir ki, bu barədə Geologiya mühəndisi Adnan Evsen deyib. O, xüsusilə Erkilet, Erciyes və Yeşilhisar Fay Zonalarında böyük zəlzələlərin ola biləcəyini vurğulayıb: “Mədən Texniki Kəşfiyyatı (MTA) tərəfindən aparılan son araşdırmalara görə, əvvəllər Kayseridəki qırıqların 6,2…

Ətraflı

Britaniya vətəndaşlarına çağırış ETDİ

Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İsraillə müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb. Viral.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada britaniyalıların Livandan potensial çıxış yollarının artıq məhdud və ya bağlı ola biləcəyi qeyd edilib. Bildirilib ki, vətəndaşlar hələ də mövcud olan hər hansı kommersiya uçuşlarından istifadə edərək ölkədən çıxmalıdırlar. Böyük Britaniya…

Ətraflı

Qəzzada ölən fələstinlilərin sayı 40 minə çatır

Son sutka ərzində Qəzza zolağında 33 fələstinli ölüb, daha 118 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 39 583 nəfərə, yaralananların sayı 91 398 nəfərə çatıb.

Ətraflı

Zəngilanın iki kəndi su anbarının altında qaldı

Xudafərin su anbarının ərazisi genişləndirilib və Zəngilanın vaxtilə mövcud olan, hazırda dağılmış və yer üzündən silinmiş iki kəndi suyun altında qalıb. Viral.az xəbər verir ki, bu barədə jurnalist Elməddin Muradlı məlumat və foto paylaşıb. O bildirib ki, hazırda genişləndirilmiş su anbarı Araz çayının suyu ilə tam doldurulub: “Çox güman ki, bəzi kəndlərimiz əvvəlki yerində salınmayacaq. Əvəzində…

Ətraflı

İsrail ordusundan zərbə: İsmayıl Nofəl öldürüldü

İsrail ordusunun aviazərbələri nəticəsində HƏMAS üzvü İsmayıl Nofəl öldürülüb. Viral.az  xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzzanın Nuseyrat rayonunda HƏMAS üzvü İsmail Nofələ zərbə endirib. Terrorçu İsrail ərazisinə raket buraxılışlarına rəhbərlik edirdi və 7 oktyabr 2023-cü il qətliamında iştirak edib”, – məlumatda qeyd olunub.

Ətraflı

Boksçumuz finala yüksəldi: Paris-2024

Azərbaycanın boksçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib. Viral.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan boksçu Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27). Final görüşü avqustun 9-da baş tutacaq. Qeyd edək ki, Tokio-2020-də…

Ətraflı

Triatlonçuların məşqi yenidən ləğv edildi

Təşkilatçılar Paris Olimpiadasında qarışıq estafet ərəfəsində triatlonçular üçün bazar günü məşqini ləğv ediblər. Viral.az xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qərar Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən qəbul edilib. Qeyd edək ki, bundan əvvəl eyni səbəbə görə şənbə günü məşqi də ləğv edilib.  

Ətraflı

Üçtərəfli bəyanatdan Paşinyan imtina etdi, bu da nəticəsi

Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanın təsirini xatırlamırsınız? Viral.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın ölkəyə mənfi təsirləri haqda suala cavabında deyib. O bildirib ki, Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyəti Rusiyanın təsirinin deyil, Paşinyanın Qərbin təkidi ilə 9/10 noyabr tarixli…

Ətraflı

Bu ərazidə mindən çox insan xəstəxanaya YERLƏŞDİRİLDİ

İranda qum fırtınası ilə əlaqədar 1362 nəfər xəstəxanaya yerləşdirilib. Viral.az xəbər verir ki, qum fırtınası Sistan-Bəlucistan ostanının şimalında daha güclü olub. Qum fırtınası 1 milyona yaxın insanın yaşadığı Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərini əhatə edib. Son 5 gündə 1362 nəfər xəstəxanaya yerləşdirilib.

Ətraflı

Xalq artisti vəfat etdi – FOTO

Ukraynanın Xalq artisti Lyudmila Prixodko 79 yaşında dünyasını dəyişib. Viral.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Volınsk Vilayət Musiqili Dram Teatrının mətbuat xidməti məlumat yayıb Bildirilib ki, Prixodko teatr səhnəsində 50 ilə yaxın xidmət edib, komediya, dram, tragikomediya, poetik tamaşa və filmlərdə 150-dən çox rol oynayıb. Aktrisa ilə vida mərasimi avqustun 2-də Volın Dram…

Ətraflı

Millimiz çəkicatma yarışlarında finala YÜKSƏLDİ

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb. Viral.az xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub…

Ətraflı

Bu dəfə onları bağışlamayacam – Maduro

Hüquq-mühafizə orqanları seçkilərdən sonra ölkəni bürümüş iğtişaşlar zamanı iki mindən çox etirazçını saxlayıb. Viral.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib. “Düşünürdülər ki, onların cinayətkar hücumları, pusquları, şiddətli iğtişaşları yenə də davam edəcək, 60 gün, 120 gün – bu onların hesablaması idi. Lakin 48 saat ərzində hərbçi və polislərin birliyinin reaksiyası sayəsində konstitusiyanın köməyi…

Ətraflı

Zəngilanda yanğın – VİDEO

Zəngilan rayonunun Şəfibəyli kəndində yanğın baş verib. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb….

Ətraflı

İsraildə terror hücumu: ölənlər və xəsarət alanlar var

İsrailin mərkəzindəki Holon şəhərində bıçaqlı şəxs ətrafdakı insanlara hücum edib. Viral.az xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Polis cinayətkara atəş açıb. Onun xəstəxanada öldüyü bildirilib. Qeyd edilir ki, hadisə terror aktı adlandırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumçu hadisə yerinə gələn polis zabiti tərəfindən güllələnib.

Ətraflı

Azərbaycanlı jurnalist Gürcüstanda SAXLANILDI

Azərbaycanlı jurnalist Əfqan Sadıqov Azərbaycana ekstradisiya məqsədilə Tiflisdə saxlanılıb. Viral.az Oxu.az-a istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib. Bildirilib ki, Azel.tv xəbər saytının baş redaktoru olan Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.

Ətraflı