Yaxın qohumları deputatlığa namizəd olan DSK üzvlərinin fəaliyyətinə xitam verildi

Yaxın qohumları deputatlığa namizəd olan Dairə Seçki Komissiyaları (DSK) üzvlərinin fəaliyyətinə müvəqqəti xitam verilib. Viral.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK katibinin təqdimatına əsasən, 69 saylı Biləsuvar dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Ədalətli Zaur və 96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının həlledici…

Ətraflı

Bu rayonlarda iki gün külək əsəcək – SARI XƏBƏRDARLIQ

Avqustun 2-3-də qısa müddətə Azərbaycanın bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Ətraflı

Blinken İrandan İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməməsini xahiş edib

ABŞ dövlət katibi Antoni Blinken Qətər vasitəsilə İrandan HAMAS lideri İsmayıl Haniyənin qətlinə cavab verməməsini xahiş edib. Viral.az xəbər verir ki, bu barədə CNN öz mənbəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, o, xahişini Qətər vasitəsilə rəsmi Tehrana çatdırıb. Blinken Qətər hökumətinin başçısı və XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbət edib. O,…

Ətraflı

Bu şəxslərə vergi güzəştləri ediləcək

Nazirlər Kabineti 4 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənəd təqdim edən şəxslərə həlak olmuş, yaxud sonralar…

Ətraflı

Bu şəxslərin sosial yardımı kəsiləcək – YENİ QAYDA

Sosial ödənişlərin hansı hallarda dayandırıldığı açıqlanıb. Viral.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda öz əksini tapıb. Qaydalara əsasən, aşağıdakı hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır: – sosial müavinətlərə münasibətdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan hallardan…

Ətraflı

Sinoptiklərdən daha bir XƏBƏRDARLIQ – leysan, şimşək, dolu, sel

Azərbaycanın rayonlarında avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli…

Ətraflı

Bu küçədə hərəkət MƏHDUDLAŞDIRILIR

Sabah saat 00:00-dan 5 avqust saat 06:00-a qədər Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə…

Ətraflı

Safurə övladları ilə Bakıda belə dincəlir – Fotolar

“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabında paylaşım edib. Viral.az xəbər verir ki, ifaçı övladları İsgəndər, Natiq və Aişə ilə Bakıda dincəılir. Safurə istirahətindən olan görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlük İstanbulda yaşayır.  // Axşam.az

Ətraflı

Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Viral.az xəbər verir ki, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.

Ətraflı

Yığmamız Fransaya məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib. Viral.az xəbər verir ki, ötən gün ABŞ seçməsi üzərində tarixi qələbə qazanan yığma bu dəfə Fransanı sınağa çəkib. Görüş rəqibin 15:10 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan yığması bu gün növbəti görüşünü Almaniyaya qarşı keçirəcək.

Ətraflı

Bakıda məşhur ticarət mərkəzi yanır – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Viral.az bildirir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək. // metbuat.az *** “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla…

Ətraflı

Cüdoçumuz yarımfinala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb. Viral.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu bu raundda İsrail təmsilçisi Peter Palçiklə qarşılaşıb. Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var….

Ətraflı

Nazim Abbasov vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib. Viral.az xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov Əmr imzalayıb. N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə…

Ətraflı

“Nə maşın sürürdüm, gedib alırdı, eləsin götürdüm ki, çata bilmir” – VİDEO

Müğənni-meyxanaçı-müğənni Namiq Qaraçuxurlu açıqlaması marağa səbəb olub. Viral.az xəbər verir ki, sənətçi “Zaurla günaydın” verilişində onunla eyni efirdə qonaq olan aktyor Elməddin Cəfərovun “paxırını” açıb.  Belə ki, meyxanaçı Cəfərovun onunla maşın rəqabətinə girdiyini bildirib. Nə avtomobil sürsə, Elməddinin eynisini aldığını deyən Namiqin söylədikləri gülüş doğurub. Qaraçuxurlu son aldığı maşının çox bahalı olmasına eyham vuraraq, aktyorun…

Ətraflı

STM əhali arasında onlayn sorğu KEÇİRİR

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə əməkdaşlıq çərçivəsində əhali arasında sosioloji sorğunun keçirilməsinə start verir.  STM-dən Viral.az-a verilən məlumata görə, 1 avqust – 12 avqust 2024-cü il tarixlərində keçiriləcək sorğunun məqsədi  əhalinin Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı məlumatlılıq səviyyəsini ölçməkdir.  Ölkədə və dünyada baş verən sosial-iqtisadi proseslərə maraq göstərən hər bir…

Ətraflı

Hidayət Heydərov reytinq cədvəlində ilk pilləyə YÜKSƏLDİ

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il iyul ayına olan reytinq cədvəlini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Viral.az-a bildiriblər ki, siyahıya 600 xalla cüdoçu Hidayət Heydərov liderlik edir. Bədii gimnastikası üzrə qrup hərəkətləri komandası 510 xalla ikinci, 430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək…

Ətraflı

Azərbaycanın Əməkdar artisti vəfat etdi – FOTO

Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib. Viral.az xəbər verir ki, teatrın aparıcı aktyoru, Əməkdar artist Zemfira Nəcəfova dünyasını dəyişib. Teatrın əməkdaşı Namiq Ağayev məlumatı təsdiqləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zemfira Nəcəfova uzun sürüən xəstəlikdən sonra dünyasını dəyişib: “Hazırda Zemfira Nəcəfovanın dəfni ilə bağlı hazırlıq işləri görülür. Əməkdar artistin cənazəsi teatrdan götürüləcək”. Qeyd…

Ətraflı

Əliyar Ağayevə UEFA-dan təyinat

FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb. Viral.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.  Ə.Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək….

Ətraflı