İlham Əliyev onları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Cilqamlı Rəmziyə Əkrəmovna Quliyeva Gülşən Rəsul qızı Məmmədov Rövşən İsax oğlu Nəcəfov Bayram Hidayət oğlu Yunusov Ədalət Məmməd oğlu. 2. Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə…

Ətraflı

Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanını TƏRK ETDİ

Rusiyanın Sərhəd Xidməti 32 ildən sonra İrəvanın “Zvartnots” beynəlxalq hava limanını tərk edir. Viral.az xəbər verir ki, “Zvartnots” aeroportunun sərhəd-keçid məntəqəsinin mühafizəsinin İrəvana təhvil verilməsi haqqında protokolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan imzalayıb. Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildə…

Ətraflı

“Burnumuzdan gətirdiniz” – Uçuşun gecikməsinə əsəbiləşdi

İstirahətə yollanan Əməkdar artist Əkbər Əlizadə əsəbiləşib. Viral.az xəbər verir ki, buna səbəb uçuşun gecikməsi olub. Aeroportda qalan aktyor və digər sərnişinlər hava yolları şirkətindən narazılıqlarını bildiriblər. “Niyə bu qədər saat ərzində insanları sağdan-sola, soldan-sağa aparırsınız? Səbəbi nədir? Onu istəyirsiniz ki, mətbuata yayaq? Pul vermişik, boğazımızdan kəsmişik, istirahətə gedirik, burnumuzdan gətirdiniz” deyə, Ə.Əlizadə etirazını bildirib. // Axşam.az

Ətraflı

Cüdoçumuz 1/4 finala yüksəldi – Paris-2024

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Viral.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Z.Kotsoyev 1/4 finala yüksəlib. Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram)…

Ətraflı

Birinci Qarabağ müharibəsinin daha bir şəhidi dəfn edildi

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib. Viral.az xəbər verir ki, dəfndə rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər. Əvvəlcə…

Ətraflı

HƏMAS-ın hərbi lideri də öldürüldü

HƏMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deif öldürülüb. Viral.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” hesabında bildirilib. “Biz indi təsdiq edə bilərik: Məhəmməd Deif məhv edilib”, – deyə paylaşımda qeyd olunub. Qeyd edək ki, ötən gün HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda qətlə yetirilib.

Ətraflı

“Feyk-nyusun yayılma səbəbləri və onunla mübarizə üsulları” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən “Feyk-nyusun yayılma səbəbləri və onunla mübarizə üsulları” layihəsinin icrasına başlanılıb. Viral.az bildirir ki, əsas məqsəd ictimaiyyətdə çaşqınlıq yaradan saxta xəbərlərlə mübarizə aparmaq, bu sahədə cəmiyyətin maariflənməsinə nail olmaqdır. Bütün ölkəni əhatə edəcək layihə çərçivəsində yaradılacaq sosial media hesabları internetə çıxışı olan hər kəsin saxta…

Ətraflı

Qadın prokurora yüksək vəzifə verildi – FOTO

Prokurorluq orqanlarında yeni təyinat olub. Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə…

Ətraflı

3 ƏN TƏHLÜKƏLİ BÜRC – Vanqa da onlardan qorxurdu

Tanınmış kahin Vanqanın bəzi bürc nümayəndələrindən qorxduğu məlum olub. Viral.az Yenisabah.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu bürclər “Ali qüvvələrin qorunması” altındadırlar. Bəs bu bürc altında doğulan şəxslərin taleyini öyrənmək Vanqa üçün niyə əlçatmazdır? Şir bürcü Həkim tap Vanqa niyə Şir bürcündə olan insanları qəbul etməkdən imtina etdi? Hər şey sadədir: bu bürcün…

Ətraflı

Zamiqdən növbəti romantik ab-havalı klip

Müğənni Zamiq Hüseynov aylar sonra yeni klipini təqdim edib. Viral.az xəbər verir ki, iyul ayının son günlərində işıq üzü görən iş, olduqca maraqla qarşılanıb. Zamiq ənənəsi üzrə, elə öz ruhuna yaxın retro, xüsusən də romantik ab-havalı tərzindən bu dəfə də geri qalmayıb. “Dərya” adlı yeni mahnıya çəkilən ekran işi ritmik notları, həmçinin sevgi göndərmələri ilə…

Ətraflı

Aİ-nin xüsusi nümayəndəsindən Türkiyə-Ermənistan razılaşmasına reaksiya

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir. Viral.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “X” hesabında yazıb. O, ötən gün Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında…

Ətraflı

Bakıda dərslər onlayn olacaq – QƏRAR

Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib. Viral.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət…

Ətraflı

Vergi orqanındakı məlumatlara çıxışla bağlı qaydalar TƏSDİQLƏNDİ

Nazirlər Kabineti “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”nı təsdiq edib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar Vergi Məcəlləsinə əsasən hazırlanıb və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi…

Ətraflı

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Viola Amherdi bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan…

Ətraflı

Parisdə rüsvayçılıq: İdmançılar canlı yayımda qusdular – VİDEO

Paris Olimpiadasında iştirak edən kanadalı triatlonçular Tayler Mislavçuk və qazaxıstanlı Yekaterina Şabalina iyulun 31-də Sena çayında üzdükdən sonra qusublar. Viral.az “Daily Mail”ə istinadən xəbər verir ki, Mislavçuk 9-cu yerdə qərarlaşıb. “Olimpiadaya yalnız ilk onluğa düşmək üçün gəlməmişəm, amma buna hər şeyimi vermişəm. 10 dəfə qusdum, amma heç nəyə peşman deyiləm”, – kanadalı idmançı bildirib. Öz növbəsində Şabalina…

Ətraflı

 “Qarabağ”ın “Ludoqorets”lə oyunlarının vaxtı dəqiqləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubu ilə oyunlarının vaxtı dəqiqləşib. Viral.az Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək. Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin “Linkoln” komandasını,…

Ətraflı

Övladlarını rus bölməsində oxutmaq istəyənlərin NƏZƏRİNƏ!

Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. Bu barədə Viral.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 11:00 dan sentyabrın 13-ə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil…

Ətraflı

İsmayıl Haniyənin cənazə mərasimi KEÇİRİLİR

Dünən İranda qətlə yetirilən HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün paytaxt Tehranda vida mərasimi keçirilir. Viral.az xəbər verir ki, Artıq İranın Ali rəhbəri Əli Xameneinin başçılığı ilə İsmayıl Haniyənin cənazə namazı da qılınıb. Mərasimdən sonra İsmayıl Haniyənin cənazəsi dəfn edilməsi üçün Qətərin paytaxtı Dohaya göndəriləcək.  

Ətraflı

AZAL-da aviabiletlər üçün endirim kodu

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir. Viral.az AZAL-a istinadən xəbər verir ki, sərnişinlər promokoddan istifadə edərək biletləri 20% endirimlə ala bilərlər. Endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir. Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir…

Ətraflı

“Nikosayağı”dan gözlənilməz addım – FOTO

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şükürlü sosial media hesabında hər şeyi silib. Viral.az xəbər verir ki, blogerin keçən ilin avqustunda keçirdiyi qəzadan sonra fəaliyyətsiz qalan “Instagram” səhifəsində dəyişiklik edilib. Belə ki, səhifədə yayımlanan foto və videolar profil şəkli daxil olmaqla silinib. O, izlədiyi şəxsləri də izləmədən çıxarıb. Qeyd edək ki, hadisə ötən ilin avqustunda…

Ətraflı