Alternativ yolu sel yudu, çətinlik yarandı

Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.   Viral.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar…

Ətraflı

Daşkəsəndə dəhşət: gəlin qaynanasını baltaladı

Daşkəsəndə qadın baltalanıb.   Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun ucqar kəndinlərinin qeydə alınıb.   Belə ki 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətini ağır olduğu bildirilib.   Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb…

Ətraflı

Blinken çinli həmkarı ilə danışıqlar apardı 

ABŞ dövlət katibi Entoni Blinken Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.   Danışıqlar ASEAN ölkələrinin XİN rəhbərlərinin Laosda keçirilən iclası çərçivəsində baş tutub.   Görüş zamanı tərəflər ikitərəfli, regional və qlobal məsələlər üzrə açıq və məhsuldar müzakirələr aparıblar.

Ətraflı

Məşhur müğənninin oğlu ÖLÜB

Müğənni Safiye Soymanın oğlu Harun dünyasını dəyişib Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin 47 yaşlı oğlu Harun Akaröz tənəffüs çatışmazlığı səbəbindən aparıldığı xəstəxanada dünyasını dəyişib. Oğlunun ölümündən sonra vəziyyəti pisləşən Safiye Soyman “bu ağrıya necə dözüm? Əziz balam getdi, oğlum Bodruma son səfərinə yola düşür” ifadələrini işlədib. Qeyd edək ki, Harun uzun müddət idi ki,…

Ətraflı

Türkiyəli idmançıdan tarixi nəticə

Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.   Viral.az xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.   O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.   Qeyd edək…

Ətraflı

Pezeşkianın andiçməsində 300-dən çox xarici qonaq olacaq

İranın yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə 300-dən çox xarici qonağın qatılacağı gözlənilir. Viral.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib . O, prezident Pezeşkianın andiçmə mərasiminin çərşənbə axşamı keçiriləcəyini açıqlayıb. Səlimi bəyan edib ki, andiçmə mərasimində ölkənin yüksək rütbəli rəsmiləri ilə yanaşı, 80-dən çox nümayəndə heyəti və 300-dən…

Ətraflı

Bakı Təşəbbüs Qrupu Paris Olimpiadasına dair bəyanat YAYDI

Bakı Təşəbbüs Qrupu Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında olimpiada prinsiplərinin pozulduğuna dair bəyanat yayıb. Viral.az-ın məlumatına görə, bəyanatda xatırladılıb ki, Olimpiya Xartiyasında qeyd edildiyi kimi, “Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir”. “Fransa Respublikasının prezidenti Emmanuel Makron və onun Hökuməti…

Ətraflı

Rusiyadan bunu GÖRMƏYƏCƏKSİNİZ!

Qərb dövlətlərinin Ukrayna ilə bağlı hazırkı mövqeyi Rusiyanın mövqeyinə məhəl qoymamaq və Rusiya Federasiyasının təslim olmasını gözləməkdir, lakin bu, olmayacaq. Viral.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Hər kəs qulaqardına vurur və bizi konstruktiv yanaşmaya çağırmaqda davam edir. Əslində, onların anlayışına görə, bu, Rusiyanın kapitulyasiyadır, lakin bu, olmayacaq. Xüsusi…

Ətraflı

Rusiya təyyarəsi qəzaya uğradı

Rusiyanın Volqoqrad vilayətində Su-34 bombardmançı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Viral.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, hər iki pilot katapult edib və xilas olub. Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Fövqəladə vəziyyətin ilkin səbəbi texniki nasazlıq olub.

Ətraflı

Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü – FOTO

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb. Belə ki, “Ford” markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub. Piyada Kürdəmir Rayon…

Ətraflı

Rusiya Ukraynanın itkilərini YENİLƏDİ

Rusiya müharibənin 885-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 630 təyyarəsi, 278 helikopteri, 28 545 PUA-sı, 556 zenit-raket kompleksi, 16 698 tank və digər zirehli texnikası, 1 390 reaktiv yaylım atəş sistemi,…

Ətraflı

Məktəbdə yanğın baş VERDİ

Neftçala rayonunda məktəb binasında yanğın olub. Bu barədə Viral.az–a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 2 400 kvadratmetr (hər mərtəbəsi 1 200 kvadratmetr) olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 12 kvadratmetr olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompüter və dam örtüyünün taxta…

Ətraflı

Mask Paris-2024-ü tənqid etdi

Paris Olimpiadasının açılış mərasimi xristianlara qarşı son dərəcə hörmətsizlik idi. Viral.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask X hesabında mərasim iştirakçılarının Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinə parodiya etdikləri videoya münasibət bildirərkən yazıb. “Ümumiyyətlə, Parisdəki Olimpiya Oyunlarının açılış mərasimi bir neçə kazus vəziyyətlə yadda qalıb: Eyfel qülləsinin yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə…

Ətraflı

Türkiyədə terror ƏMƏLİYYATI

İstanbulda PKK terror təşkilatının fəaliyyətinin aşkara çıxarılması və qarşısının alınması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. Viral.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir. Məlumata görə, İstanbul Təhlükəsizlik Baş İdarəsinin terrorla mübarizə və kəşfiyyat şöbələri tərəfindən şəhərin yeddi rayonunda keçirilən əməliyyat zamanı PKK ilə əlaqəsi olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb. Əməliyyat zamanı terror təşkilatına aid rəqəmsal materiallar…

Ətraflı

İstilərə görə tətil elan OLUNDU

İranda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar iyulun 28-də bütün dövlət idarələrində tətil edilməsinə qərar verilib. Viral.az xəbər verir ki, bu barədə İran hökuməti bəyanat yayıb. Bildirilib ki, qərar enerji istehlakını idarə edə bilmək məqsədi ilə alınıb. Qeyd edək ki, eyni səbəbdən bu gün – iyulun 27-də də İranda dövlət idarələri, banklar saat 10-dan sonra tətilə çıxıb….

Ətraflı

Çində sakinlər təxliyə EDİLDİ

Çin hakimiyyəti “Qaemi” qasırğası və güclü yağışla əlaqədar ölkənin şimal-şərqində yerləşən Liaoninq əyalətində 27 minə yaxın sakini təxliyə edib. Viral.az TASS-a istinadən xəbər verir ki, güclü yağışlar rayonda 40 su anbarının səviyyəsinin artmasına səbəb olub. Onların operatorları sistematik olaraq suyu buraxmağa başlayıblar. Riskləri azaltmaq üçün bəndlərdə patrullar artırılıb. Yüzlərlə kimya və mədən şirkəti daşqın təhlükəsi səbəbindən…

Ətraflı

Bu məktəbdə 2670 müəllim çatışmır

Tacikistan məktəbləri müəllim çatışmazlığı problemi ilə üzləşib. Viral.az xəbər verir ki, bunu təhsil və elm naziri Rahim Saidzoda jurnalistlərə bildirib. Onun sözlərinə görə, respublika məktəblərində 2670 müəllim çatışmır. Bu, 2023-cü dərs ilinin göstəricisidir və rəqəmlər yeni tədris ilində dəyişə bilər. Hazırda Tacikistan məktəblərində 120 mindən çox müəllim çalışır ki, onların da 70 faizi qadınlardır. Nazir deyib…

Ətraflı

Qubada sel: ƏLAQƏ KƏSİLDİ

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb. Viral.az xəbər verir ki, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub. Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb. Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.

Ətraflı

Rusiyada səfərbərlikdən söhbət getmir – Peskov

Rusiyada səfərbərlikdən söhbət getmir. Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli KİV-ə deyib. “Səfərbərlik haqqında ümumiyyətlə heç kim danışmır, bu barədə söhbət getmir”, – o deyib. Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Duması və Müdafiə Nazirliyi də ölkədə səfərbərlik barədə müzakirələrin aparılmadığını açıqlayıblar.

Ətraflı

Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ

“Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır”. Viral.az xəbər verir ki, bunu oyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib. MSK deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamamalıdırlar “Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, – o əlavə edib.

Ətraflı

Zelenski bu tarixə kimi sülhə nail olmaq İSTƏYİR

Ukrayna prezidenti Vladimir Zelenski Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib ki, Kiyev 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Viral.az xəbər verir ki, Ukrayna prezidenti qeyd edib ki, belə bir məsələni onun administrasiyası və diplomatik komandası qarşısında qoyub. Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun güclənməsi, ilk növbədə ABŞ-ın…

Ətraflı