Müharibədən sonra minadan təmizlənən ərazilərin sahəsi

2020-ci ilin noyabr ayından bu günə qədər 148 min hektardan çox ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. Viral.az xəbər ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib. “Bu müddət ərzində 124 min ədəddən artıq mina və müharibənin digər partlayıcı qalıqları aşkar…

Ətraflı

Həyat yoldaşının yolunu 22 il gözlədi, vəfat etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlunun nəşinin qalıqları dəfn olunub. Viral.az xəbər verir ki, şəhidlə Sabunçu rayonun Maştağa qəsəbəsində ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib. Daha sonra onun nəşinin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Baku tv…

Ətraflı

Bu sahədə çalışanlar 4 min manata yaxın maaş ALIR  

2024-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq, 1003,3 manat təşkil edib.Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri neft-qaz sektorunda 948,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945,0 manat, özəl…

Ətraflı

İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi

 İlham Əliyev Oksfordda Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. Viral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ətraflı

Baş redaktorun həbs müddəti uzadıldı 

“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.   Viral.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına baxılıb.   Məhkəmənin qərarı ilə həbs müddəti 3 ay uzadılıb.   Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə…

Ətraflı

Məhlədən qızla keçməsinə irad bildirib – Gəncin qətlinin təfərrüatı

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qətldə təqsirləndirilən 2000-ci il təvəllüdlü Höccət Soltanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bir nəfərin ölümünə, digərinin həbsinə səbəb olan mübahisə isə qız üstündə…

Ətraflı

İki gün öncə çayda batan kişinin meyiti tapıldı 

İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb.   Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, iyulun 16-da Lənkərançay çayında batmış 1976-cı il təvəllüdlü Panayev Elşad Xanhəsən oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ətraflı

Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq

Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə.   Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı”…

Ətraflı

Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik.   Viral.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.   Dövlətimizin…

Ətraflı

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! – Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı çimərliklərinə zibil atan, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəni gücləndirir. Viral.az bildirir ki, nazirlikdən Caliber.Az-a xəbər verilib ki, qayda pozuntusu üzrə 1 000 manat cərimə nəzərdə tutulub. Məlumatda, həmçinin qeyd olunub ki, qanun pozuntusu barədə nazirliyin “168” nömrəli qaynar xəttinə məlumat vermək də mümkündür.

Ətraflı

Ermənistan öz təhlükəsizliyini riskə atır

Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır.   Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.    O qeyd edib ki, Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər – təbii ki, bu qəribə hadisədir:   “Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz…

Ətraflı

Ukrayna müdafiə üçün 12 milyard XƏRCLƏYƏCƏK

2024-cü ilin sonuna qədər Ukraynanın planlaşdırılan müdafiə xərcləri 495,3 milyard qrivna (demək olar ki, 12 milyard dollar) artacaq.  Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk “Telegram” kanalında bildirib. Həmçinin, digər büdcə proqramları üzrə xərclər beş milyard qrivna (120,5 milyon dollar), büdcə gəlirləri isə dövlət borcunun 220,9 milyard qrivna (5,2 milyard dollar) artması hesabına…

Ətraflı

İti öldürən şəxs cəzalandırıldı 

Sumqayıt şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb.   Viral.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.   Bildirilib ki, iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.   Faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub….

Ətraflı

Xanım deputat yenidən namizəd oldu

Milli Məclisin VI çağırış deputatı Könül Nurullayeva 1 sentyabr – Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.  Viral.az xəbər verir ki, deputat 24 saylı Nizami seçki dairəsindən namizədliyini irəli sürüb.  Xatırladaq ki, Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrini bitirub….

Ətraflı

Kürdə boğulduğu ehtimal edilən Səidin axtarışları davam edir

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları davam etdirilir. Bu barədə Viral.az-a FHN-dən bildirilib. Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir.  

Ətraflı

İlham Əliyev finlandiyalı həmkarı ilə nələrdən danışdı…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.   Görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında…

Ətraflı

Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq

Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq. Gələcəkdə müstəqillik hərəkatları buraya qoşula biləcəklər.   Viral.az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə…

Ətraflı