Livanda tərəfləri atəşkəsə çağırırıq – Quterreş

Livanda hərtərəfli müharibənin astanasındayıq, tərəfləri atəşkəsə çağırırıq.

Viral.az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda BMT-nin qərargah binasında jurnalistlərə açıqlmasında deyib.

Baş katib Yaxın Şərqdə davam edən münaqişənin genişlənməsindən dərin narahatlıq keçirdiyini bildirib.

Son Yazılar:

A.Quterreş qeyd edib ki, İsrailin Beyrut da daxil olmaqla Livanın bir çox bölgələrinə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində son iki həftədə 1 500 nəfər həyatını itirib.

“Livan səlahiyyətliləri bir milyondan çox insanın məcburi köçkün olduğunu bildirir”, – Baş katib əlavə edib.