Psixiatriya Xəstəxanasında pasiyenti digər ruhi-əsəb xəstəsi döyüb?
Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib. Viral.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən “qafqazinfo”ya bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir. “Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla…