Amerikanın “SpaceX” korporasiyası kosmik tullantıların əksəriyyətinə cavabdehdir.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Jalopnik”dən olan jurnalistlər qənaətə gəliblər.
Media müəllifləri Birləşmiş Millətlər Təşkilatının Kosmos Məsələləri üzrə İdarəsinin kosmosdakı dağıntıların miqdarı ilə bağlı hesabatını öyrəniblər. Buradan belə nəticə çıxır ki, 2023-cü ildə kosmosda ümumiyyətlə zibil sayılan 2664 obyekt olub. Bundan əlavə, onlardan 2166-sı ABŞ-nin kosmik proqramları ilə bağlıdır.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
“Zibil artımında əsas paya görə məsuliyyət daşıyan ABŞ-dir” – müəlliflər qeyd ediblər və zibil miqdarının artmasına görə “SpaceX” rəhbəri İlon Maskı günahlandırıblar.
“Jalopnik” ekspertlərinin fikrincə, Maskın korporasiyası ABŞ-yə məxsus obyektlərin 90 faizini kosmosa göndərir.
“Təkcə 2023-cü ildə “SpaceX” dünyanın 223 orbital buraxılışından 98-ni tamamlayıb və geridə bir çox zibil buraxıb”, – deyə jurnalistlər vurğulayıblar.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Rusiyada 62 kosmik tullantı obyekti, Böyük Britaniyada 144, Çində 128, Yaponiyada 11, Fransada 10, Hindistanda 6, Almaniyada 2 olub.
(redaktor.az)