“O, müğənni olsaydı, mən olmayacaqdım”
Əməkdar artist Aybəniz Haşımova bacısı Şölə xanımla bağlı paylaşım edib. Viral.az xəbər verir ki, “Qaragilə” mahnısını bacısı ilə ifa edərkən lentə alınan görüntülərini izləyiciləri ilə bölüşən sənətçi paylaşımına bunları yazıb: “Şölə xanım müğənni olsaydı, yəqin ki, heç vaxt müğənni olmayacaqdım… Onun istedadı, tükənməz səsi, axar bulaq, dağ şəlaləsitək qaynayıb, çağlayır. Səsinə, nəfəsinə, oxuyan ürəyinə qurban olum”.