photo 255199

Polisə müqavimət göstərən şəxsə atəş AÇILDI

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərərək qaçmağa cəhd edib. DİN-in Mətbuat xidmətindən Viral.az-a bildirilib ki, sentyabrın 24-ü gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan…

Ətraflı
photo 255198

Məktəbə gedən 14 yaşlı uşaq itkin DÜŞDÜ

Gəncədə yeniyetmə itkin düşüb. Viral.az xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər. Müraciətlə bağlı Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı
1212784 su krant

Bu ərazilər susuz qalacaq

Bu gün bəzi ərazilərdə suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə Viral.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, “Şollar” su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 24-dən 25-nə keçən gecədən 25 sentyabr saat 17:00-a qədər Abşeron rayonu, Çaylı, Aşağı Güzdək, Pirəkəşkül qəsəbələri, Qobustan rayonu, 28 May, Nübar, Hökməli, At yalı, Mexkolon…

Ətraflı
photo 255194

Avtomobillər toqquşdu : ÖLƏN VAR

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Tofaş” markalı avtomobillə toqquşub. Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Ətraflı
photo 255193

Çipsləri yeməmək üçün SƏBƏBLƏR

Bugün dünyada hər gün yüzlərcə uşaq haqsızlığın qurbanı olur, amma biz öz əllərimizlə öz uşaqlarımızı həyat təhlükəsi ilə üz-üzə qoyuruq, öz əllərimizlə uşağın immun sistemini məhv edib həyatın ağuşuna atırıq. Viral.az xəbər verir ki, əvvəllər valideynlərimiz ərik, alça, əncir qurusu kimi faydalı çərəzləri uşaqların ciblərinə töküb məktəbə göndərərdilər, indi isə uşaqların nə yeyib, nə yemədiyini…

Ətraflı
photo 255192

“Mavi yanacaq” haqqında BİLMƏDİKLƏRİMİZ

Hər kəsə məlum olduğu kimi, təbii qaz xam neft ilə birlikdə yer altından çıxarılan yanar materialların qiymətli sərvətidir. Bu təbii sərvət kimya sənayesində ən əhəmiyyətli xammal kimi inkişaf etmiş əksər sənaye ölkələri üçün əsas yanacaqdır. Viral.az xəbər verir ki, yerin dərinliklərindən əldə olunan təbii sərvət dediyimiz qaz yanacağı haqqında bir neçə maraqlı və faydalı məlumatlar…

Ətraflı
photo 255191

Təyyarə ilə uçuş zamanı bunlara əməl EDİN!

Hava nəqliyyatı rahat olmaqla yanaşı sağlamlıqla bağlı bəzi riskləri də bərabərində gətirə bilər. Viral.az xəbər verir ki, xüsusilə də təyyarənin qalxması və enməsi zamanı qulaqlarda hiss edilən ağrı bəzən səfər zamanı, bəzən səfərdən sonra belə, şikayətlərin davam etməsinə yol aça bilər. Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, dr. Kemal Demir təyyarə səfərləri əsnasında tətbiq ediləcək bir neçə…

Ətraflı
photo 255188

İranlı nazir və 300 şirkət rəhbəri Ermənistana GEDİR

İranın sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabək və İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Məhəmməd Əli Dehqan Dehnəvi İran-Avrasiya İqtisadi İttifaqının işgüzar iclasında iştirak etmək üçün İrəvana səfər edəcəklər. Viral.az xəbər verir ki, bu barədə “Parstudey” məlumat yayıb. Bildirilib ki, İran və Avrasiya İqtisadi İttifaqının işgüzar görüşü sentyabrın 30-dan oktyabrın 1-dək İrəvanda 300-dən çox…

Ətraflı
photo 255187

Ərdoğandan BMT-də təsirli çıxış: “Yaralı bir sərçəni xilas edə bilmədik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib. Viral.az qardaş ölkə liderinin çıxışını təqdim edir: “Buradakı dostlarımın çoxunun televiziya ekranlarında izlədiyi böhranları dəqiqə-dəqiqə yaşayırıq və idarə etməyə çalışırıq. Ona görə də mən bu gün sizə gərginlikdən uzaq olmayan, məhz onun episentrində olan bir ölkənin lideri kimi müraciət edirəm. …

Ətraflı
photo 255186

İranın Rusiyaya qarşı Zəngəzur PLANI

Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ABŞ-ın maraqları üst-üstə düşür. Viral.az xəbər verir ki, bu sözləri Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaxaryan erməni mediasına açıqlamasında deyib. O bildirib edib ki, Qərb bu yolun Rusiyanın nəzarətinə keçmməsini istəmir, İran da yola yalnız Ermənistanın nəzarət etməsinə çalışır ki, “xarici dünyaya çıxışı” etibarlı olsun:…

Ətraflı
photo 255184

İcmadan Harrisin ermənilərə məktubuna REAKSİYA

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib. İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Viral.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında…

Ətraflı
vefat11727184338

Azərbaycan elminə ağır itki – FOTO

Azərbaycanda professor vəfat edib. Viral.az Modern.az-a xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq klinikası və heyvanların infeksiyası xəstəliyini idarə edən elmi işçisi, professor İlham Muqbil oğlu Əzimov vəfat edib. Bildirilib ki, o, baytarlıq elmləri doktoru olub. Professorun ölüm səbəbi açıqlanmadı.

Ətraflı