İranın Rusiyaya qarşı Zəngəzur PLANI

Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ABŞ-ın maraqları üst-üstə düşür. Viral.az xəbər verir ki, bu sözləri Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaxaryan erməni mediasına açıqlamasında deyib. O bildirib edib ki, Qərb bu yolun Rusiyanın nəzarətinə keçmməsini istəmir, İran da yola yalnız Ermənistanın nəzarət etməsinə çalışır ki, “xarici dünyaya çıxışı” etibarlı olsun:…

Ətraflı

İcmadan Harrisin ermənilərə məktubuna REAKSİYA

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib. İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Viral.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında…

Ətraflı

Azərbaycan elminə ağır itki – FOTO

Azərbaycanda professor vəfat edib. Viral.az Modern.az-a xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq klinikası və heyvanların infeksiyası xəstəliyini idarə edən elmi işçisi, professor İlham Muqbil oğlu Əzimov vəfat edib. Bildirilib ki, o, baytarlıq elmləri doktoru olub. Professorun ölüm səbəbi açıqlanmadı.

Ətraflı

ADY beynəlxalq sərgidə geniş nümayəndə heyəti ilə təmsil OLUNUR

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti sentyabrın 24-27-də Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir. Viral.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, iki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” tədbiri ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən…

Ətraflı

XİN rəhbəri yunan həmkarı ilə GÖRÜŞDÜ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsində paylaşım edilib. Görüş zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iqtisadi və enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı

Livandakı futbol yarışları təxirə SALINDI

Livan Futbol Assosiasiyasının (LFA) bayrağı altında keçiriləcək bütün oyunlar İsrailin hava hücumları səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Viral.az xəbər verir ki, bu barədə LFA-nın mətbuat xidməti məlumat yayıb. Buna səbəb kimi sentyabrın 17-18-də Livanda bir sıra rabitə cihazlarının partladılması göstərilib. Qeyd edək ki, Livan çempionatının 2024/2025 mövsümü sentyabrın 20-də start götürüb. Sentyabrın 27-dən 29-dək baş tutmalı…

Ətraflı

Dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaq. Viral.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz…

Ətraflı

Ərdoğan Bakıda keçiriləcək COP29-dan DANIŞDI

Bakıda təşkil olunacaq COP-29 tədbirinin iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək edəcəyinə inanırıq. Viral.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib. O qeyd edib ki heç bir ölkə emissiyanın azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmanı tək başına bacara bilməz. Ərdoğanın sözlərinə…

Ətraflı

“WhatsApp”da yeni funksiya var – Bundan sonra…

Meta şirkətinə məxsus WhatsApp messencerinin tərtibatçıları naməlum kontaktlardan gələn daşqınları avtomatik bloklayan yeni funksiyanın tətbiqi üzərində fəal işləyirlər.  Viral.az xəbər verir ki, WABetaInfo-nun (WBI) məlumatına görə, bu seçim artıq 2.24.20.16 konstruksiya nömrəsi ilə Android üçün messencerin beta versiyasının istifadəçiləri üçün əlçatandır.  Yeniliyin əsas məqsədi istifadəçiyə məlum olmayan insanlardan gələ biləcək spamla mübarizə aparmaqdır. Bu funksiyanı beta…

Ətraflı

Sumqayıtda məktəblilər bit dərmanından zəhərlənib? – Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi dezinfeksiya tədbirlərindən sonra Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbin 6-cı sinifində təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. Viral.az xəbər verir ki, qurumdan “Qafqazinfo”ya bildirilib ki, həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib:…

Ətraflı

Lombarda qoyduğu 100 minlik qızılları geri ala bilmir

Əməkdar artist Elza Seyidcahan məhkəməyə müraciət edib. Viral.az xəbər verir ki, bu barədə sənətçi özü instaqram səhifəsində məlumat yayıb. O, lombarda olan borcunu ödədikdən sonra girov qoyduğu qızılları geri ala bilmədiyini açıqlayıb: “Bir ildən çoxdur, lombardda məlum səbəblərdən ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyaları girova qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. 100 min manata yaxın dəyərdə qızıl qoyub, pul…

Ətraflı

Bu ərazinin bir hissəsində qaz KƏSİLƏCƏK

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki qaz xətlərində təmir-bərpa işləri aparılacaq. Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən bildirilib. Məlumata görə, bu səbəbdən sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə N.İsmayılov və Ş.Kamilov küçələrinin bir hissəsinin, Sülh (2/10, 2/11, 1/5), U.B.Pirməmməd, Zabrat, V.Həsənov, H.Balakişiyev, A.Pəri, Əlibalayev, , Dostayevski, Q.Qarayev, D.Bünyadzadə, Ü.Hacıbəyov, M.Maqomayev, T.Mustafayev, C.Şərifov, Y.Qasımov,…

Ətraflı

Emilin avtomobilindən oğurluq edilib

Müğənni Emil Bədəlovun avtomobilindən oğurluq edilib. Viral.az xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb. O, bir ay əvvəl baş verən hadisə zamanı bahalı telefon və nömrəsinin oğurlandığını bildirib: “Bağda olanda dənizə getmişdim. Çimərlikdə telefonu maşına qoydum. Dedim ki, 5 dəqiqəlik suya girim sonra gedərəm. Öz səhlənkarlığımdan oldu. Qayıdanda gördüm ki, nə saat var, nə də telefon. Nömrəsiz qalmışam. Mahnılarım da…

Ətraflı

Dörd BÜRC üçün güclü sınaq dövrü başladı – XƏBƏRDARLIQ 

Kainat hər şeyin bir-birinə bağlı olduğu vahid sistemdir. Buna görə də irimiqyaslı astronomik hadisələr insanlara inanılmaz dərəcədə təsir edir. Viral.az-ın lent.az-a istinadən xəbərinə görə, sentyabrın 17-də Ay tutulması ilə başlayan tutulma dəhlizi dörd bürc üçün güclü bir sınaq olacaq. Astroloqlar münasibətlərdə, karyerada və şəxsi həyatlarında dəyişikliklər yaşayacaqlarını qeyd edirlər. Qoç Bu il artıq bir çox…

Ətraflı

Flora Kərimova ilə bağlı ÜZÜCÜ XƏBƏR

“Flora xanım bir neçə il öncə mikroinsult keçirmişdi, onunla əlaqədar təzyiqi “oynayır”, dərmanla tənzimləyirik”. Viral.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova bildirib. Televerilişlərin birində müğənninin yatağa düşməsi barədə səslənən xəbərə aydınlıq gətirən Y.İmanova qeyd edib ki, F.Kərimovanın vəziyyəti normaldır, yaxınları ilə birlikdə bağda istirahət edir.

Ətraflı

Qurban Qurbanovdan azyaşlı azarkeşlərə JEST – VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb. Viral.az xəbər verir ki, ölkəmizin Avropada layiqli təmsilçisi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov addımı ilə gündəmə gəlib. Belə ki Ağdam klubunun məşqçisi azyaşlı azarkeşlərin istəyinə biganə qalmayıb. Onlarla foto çəkdirib imzalar verən Qurbanov bir daha könülləri qazanıb. Sözügedən videopaylaşıma çoxsaylı bəyənmələr və şərhlər gəlib. Həmin görüntünü təqdim edirik:

Ətraflı

Əli Əsədovdan gələn ilin büdcə zərfi ilə bağlı AÇIQLAMA

Prezident İlham Əliyevin rəhbərliyi altında Hökumət qarşısında qoyulan bütün vəzifə və tapşırıqlar vaxtında, yüksək keyfiyyətlə və tam şəkildə icra olunacaq. Viral.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib. O qeyd edib ki, büdcə zərfinə daxil olan sənəd və məlumatlar dövlət başçısına təqdim ediləcək.

Ətraflı

Baş nazir indiyə qədər Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləğini AÇIQLADI

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. Viral.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib. “Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait…

Ətraflı