Baş Prokurorluq vətəndaşın iddialarına cavab VERDİ

Sentyabrın 19-da bəzi sosial media səhifələrində Ağayev Damət Ağakişi oğlunun prokurorluq orqanlarına ünvanladığı şikayətinə baxılmamasına dair məlumatlar yayılıb. Viral.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaş Damət Ağayevin şikayəti ilə bağlı açıqlama verilib. Açıqlamada deyilir: “Vətəndaş Damət Ağayevin “Aslan” Mənzil Tikinti Koperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair 2018-ci ildən etibarən etdiyi müraciətləri əsasında Baş…

Ətraflı

Bakıda bu yolda hərəkət məhdudlaşdırılır: Sürücülərin DİQQƏTİNƏ

Bakıda daha bir küçədə təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.  Viral.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.  Sentyabr 21-də saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.   Sürücülərdən aparılan işlərə…

Ətraflı

Ötən il nikaha daxil olanların 69,8 faizini gənclər təşkil edib

2023-cü ildə Azərbaycanda nikaha daxil olanların 69,8 faizini gənclər təşkil edib. Viral.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri” məcmuəsində öz əksini tapıb. Bildirilib ki, ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2-dir. Qeyd edilib ki, ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 14,8 faiz, gənc…

Ətraflı

Bakıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı

Bakının Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb. Viral.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı həmin sexin sahibi 1987-ci il təvəllüdlü Ramiz Kojaevi saxlanılıb. Onun Suraxanı rayonu Bülbülə qəsəbəsindəki sexində…

Ətraflı

Azərbaycan gənclərinin 53 faizə yaxını şəhərlərdə yaşayır

Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,6 faizini gənclər təşkil edir. Viral.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri” məcmuəsində əksini tapıb. Bildirilib ki, gənclərin 52,8 faizi şəhər yerlərində, 47,2 faizi isə kənd yerlərində yaşayır. Qeyd edilib ki, gənclərin 47,9 faizini qadınlar təşkil edir.

Ətraflı

Safurə həyat yoldaşı ilə Şuşada

“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva Şuşaya yollanıb. Viral.az xəbər verir ki, müğənni həyat yoldaşı Fərhad Əliyevin də yer aldığı fotolarını sosial şəbəkədə paylaşıb.  Şəkildə Safurənin İsa bulağını da ziyarət etdiyi əks olunub.  Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərhad və Safurə İstanbulda yaşayır. Cütlüyün 3 övladı var (axşam.az). 

Ətraflı

Türkiyədə ağır qəza: İşçiləri daşıyan avtobus hündürlükdən aşdı

Türkiyənin Düzce şəhərində ağır yol qəzası olub. Viral.az yerli mediaya istinadla xəbər verir ki, kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan maşının 50 metr hündürlükdən aşması nəticəsində 22 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Ətraflı

Azərbaycanda təhsil alan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6680 vətəndaşı təhsil alıb. Onların 891-i MDB ölkələrinin, 5789-u isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Türkiyə, Suriya, Pakistan, İran, İraq, Hindistan, Gürcüstan, Qazaxıstan, Rusiya və Çin vətəndaşları üstünlük təşkil edirlər. Viral.az xəbər verir ki, bu məlumat Dövlət…

Ətraflı

Buna görə kişilər bizə sağol demir

“İşdən evə gedən kimi, çantamı qoyub keçirəm sobanın yanına. Əyləşmirəm. Başlayıram yemək bişirməyə. Bir gün əvvəldən bunu etmək alınmır”. Viral.az olay-a istinadla xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində deyib. O, xanımların sağlamlıqlarına diqqət ayırmağa səsləyib: “Bəziləri evdar qadındır, səhərdən axşama kimi kimyəvi maddələrlə ev təmizləyirlər. Axşama doğru ev yenə çırklənir…

Ətraflı

Rusiyada azərbaycanlılara evlənmək qadağan EDİLDİ

Rusiya ölkədə qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaratmağı planlaşdırır. Oraya daxil edilən miqrantlara bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, onların ailə qurmasına və ya boşanmasına, nəqliyyat vasitəsini idarə etməsinə və bank xidmətlərindən istifadəsinə icazə verilməyəcək. Viral.az xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy bildirib. Bundan əlavə, qeyri-qanuni mühacirlərə əmlakı qeydiyyata…

Ətraflı

Eminin xanımı lüks qarderobunu göstərdi

Xalq artisti və iş adamı Emin Ağalarovun həyat yoldaşı, model Alyona Qavrilova lüks qarderobunu nümayiş edib.  Viral.az xəbər verir ki, Alyona sosial şəbəkə hesabında paylaşım edib.  Qavrilova qarderob otağında güzgü önündə çəkdiyi fotolarını izləyiciləri ilə bölüşüb. 37 yaşlı modelin yayımladığı şəkillərdə onun bir-birindən dəbli geyimləri eyni zamanda “Hermes”, “Chanel”, “Miu Miu”, və digər lüks markalara…

Ətraflı

Rusiya Ukraynanın Kurskdakı itkilərini AÇIQLADI

“Ukrayna ordusu Kursk istiqamətində hərbi əməliyyatlar zamanı 14 950-dən çox hərbçi itirib”. Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.  Həmçinin bildirilib ki, bu istiqamətdə döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus 122 tank, 768 zirehli döyüş maşını, 464 avtomobil, 109 artilleriya qurğusu və çox sayda digər hərbi texnika sıradan çıxarılıb. …

Ətraflı

Azərbaycanda yeni idman kanalı AÇILIR

Azərbaycanda yeni televiziya kanalı yaradılıb. Viral.az olay.az-a istinla xəbər verir ki, bununla bağlı “SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Siyavuş Hüseynli məlumat yayıb. Siyavuş Sport TV adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib. Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb. Qeyd edək ki, ölkə ərazisində idman formatında İdman…

Ətraflı