“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi ENDİRDİ

Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əviv yaxınlığındakı hərbi kəşfiyyat bazasına yeni raket zərbəsi endirdiyini açıqlayıb. Bu barədə Viral.az “Al Arabia”ya istinadən xəbər verir. İdarə olunmayan raketlər İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və radioelektron kəşfiyyatla məşğul olan bölmənin “Qlilot” bazasına tərəf atılıb. Öz növbəsində “The Times of Israel” qəzeti bu gün Livandan İsrailin Yuxarı…

Ətraflı

Bir ailənin dörd üzvü xəstəxanalıq OLDU

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. Viral.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon…

Ətraflı

Rəşad Dağlı həbsxanada qəzəl yazdı: “Xəyanət, iftira çox incidir məni…”

Həbsdə olan meyxanaçı Rəşad Dağlının yazdığı qəzəl canlı efirdə səsləndirilib. Viral.az xəbər verir ki, “Qonaqcanlı” verilişinə gələn meyxanaçı Orxan Lökbatanlı o qəzəli səsləndirib. Dağlının yeni qəzəli maraqla qarşılanıb. Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlıya hökm oxunub. O qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli…

Ətraflı

Sabiq prokurorun qardaşı cinayət məsuliyyətinə cəlb EDİLDİ

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb. Viral.az xəbər verir ki, verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi…

Ətraflı

Bakıda Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabr 15-də Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək. Viral.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, dialoqun COP29 Mavi zonasında 90 dəqiqə ərzində baş tutması planlaşdırılır. Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə…

Ətraflı

Ağdaşın yeni icra başçısı kollektivə təqdim edildi

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Viral.az-ın məlumatına görə, təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti…

Ətraflı

Məşhur aktrisa illər sonra ekrana qayıdır

Türkiyəli aktrisa Fatma İpek Bilgin uzun müddət sonra yeni layihə ilə ekranlara qayıdır. Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı aktrisa “Kar çiçekleri” serialında baş rola çəkiləcək.  O, layihədə “Hicran” obrazını canlandıracaq.  Qeyd edək ki, Bilgin son olaraq Özcan Deniz və Aslı Enverlə birgə “İstanbullu gelin” (2017 – 2019) serialında rol alıb. (Sfera.az)…

Ətraflı

Azərbaycanda kürü istehsalı niyə azalıb?

2024-cü ildə Azərbaycanda 617.1 kq qara kürü istehsal edilib. Öncəki illə müqayisədə artım olsa da, 25-30 il əvvələ baxdıqda bu, olduqca aşağı göstəricidir. Kürü istehsalının azalmasına səbəb nədir? Viral.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan aqrar sahə üzrə eksper Vahid Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda kürü istehsalının əvvəlki 25-30 ildən az olmasının səbəbi Xəzər dənizində balıqların sayının…

Ətraflı

FHN uşaqlarla bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. FHN-in mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, yalnız son bir ay ərzində…

Ətraflı

Ödəmə terminalını sındırdı, tütün və spirt məmulatlarını oğurladı

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə törətdiyi oğurluq əməllərinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Röyal Məmmədyarov saxlanılıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Verilən məlumata görə, həmin şəxs bir müddət əvvəl daxil olduğu mağazalarda quraşdırılan ödəmə terminallarını sındıraraq ümumilikdə 3000 manatdan artıq nağd pul, 2000 manat…

Ətraflı

“Qalatasaray”ın qapıçısı mövsümün sonunda karyerasını başa vuracaq

Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq. Viral.az xəbər verir ki, bu barədə yerli “Milliyet” nəşri məlumat yayıb. 38 yaşlıq qolkiper məsələ ilə bağlı İstanbul təmsilçisinin rəhbərliyinə və baş məşqçi Okan Buruka məlumat verib. Qeyd edək ki, uruqvaylı oyunçu 2011-ci ildən “sarı-qırmızılar”ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Superliqanın…

Ətraflı

Respublika Şahmat Mərkəzinə direktor təyin EDİLDİ

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. Viral.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub. E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib. Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi “Şərq” və “Futbol+” qəzetləri, APA Sport, Lent.az və “Report” agentliklərində müxbir…

Ətraflı

Azərbaycan XİN Serbiyaya başsağlığı VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanın Novi Sad şəhərində baş vermiş faciəvi dağıntı nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.  Viral.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında qeyd edilib. “Serbiyanın Novi Sad şəhərində baş vermiş faciəvi insan tələfatı və çoxlu sayda yaralı ilə nəticələnən dağıdıcı faciə bizi dərindən kədərləndirir yaxınlarını itirənlərin ailələrinə, dost Serbiya xalqına və…

Ətraflı

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər SAXLANILDI

Noyabrın 1-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    DİN-dən Viral.az–a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı…

Ətraflı

“Azercell” abunəçilərinə PİS XƏBƏR – Bu tarif paketləri bahalaşır

“Azercell Telekom” bəzi tarif paketlərin qiymətini artırır. Viral.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bahalaşma dekabrın 2-dən etibarən tətbiq ediləcək. Belə ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş tarif və xidmətlər daxilində dəyişikliklər aşağıdakılardır: 1.”Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,06…

Ətraflı

Sabah Bakının əsas yollarında məhdudiyyət olacaq

COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib. Viral.az xəbər verir ki, tədbir məkanı olan Bakı Olimpiya Stadionunda baş tutan…

Ətraflı

Liqada daha iki oyun keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında III turun daha iki oyunu keçiriləcək. Viral.az xəbər verir ki, günü ilk matçında “Ordu” “Gəncə” ilə üz-üzə gələcək. Qarşılaşma saat 12:30-da başlanacaq. “Quba” isə “Lənkəran”la münasibətlərə aydınlıq gətirəcək. Bu görüş saat 16:00-da start götürəcək. Qeyd edək ki, əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. Tura noyabrın 3-də…

Ətraflı

Su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək

Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək. Viral.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq. Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb. Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə…

Ətraflı

Məşhur brend 111 min manatlıq it damını satışa çıxardı

“Louis Vuitton” brendi maya dəyəri 60 min avro (təxminən 110 min 950 manat – red.) olan it damını satışa çıxarıb. Viral.az xəbər verir ki, bu barədə brendin rəsmi saytında məlumat verilib. Yaradıcı direktor Farrell Uilyams məşhur “Louis Vuitton” çamadanını ev heyvanları üçün evə çevirmək qərarına gəlib. İt damı inək dərisindən hazırlanıb, həmçinin çıxarıla bilən qapı və…

Ətraflı

La Liqada ayın ən yaxşı oyunçusu SEÇİLDİ

“Barselona”nın hücumçusu Robert Levandovski bu ilin oktyabrında İspaniya çempionatının ən yaxşı futbolçusu seçilib. Viral.az xəbər verir ki, bu barədə La Liqanın Mətbuat Xidməti məlumat yayıb. Son bir ay ərzində polşalı forvard İspaniya çempionatının üç matçında meydanda oynayıb və bu oyunlarda yeddi qolu ilə fərqlənib. Ümumilikdə Robert bu mövsüm “Barselona” uğrunda bütün yarışlarda 14 oyunda iştirak edib….

Ətraflı

Netanyahunun ofisində bir neçə nəfər SAXLANILDI

İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb. Viral.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirir. Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin…

Ətraflı