Sabah bu şəhərdə qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!

Sabah Lerik şəhərində qazın verilişi dayandırılacaq. Viral.az-ın məlumatına görə, Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xəttlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatı sabah saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət…

Ətraflı

Növbədənkənar parlament seçkilərinə dair sərəncam nə vaxt İMZALANACAQ…

Xəbər verildiyi kimi, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə bildirilib ki, son illər Qarabağda əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Deputatlar sadalanan məsələləri, eyni zamanda 2024-cü ilin noyabr ayında BMT-nin…

Ətraflı

Separatçıların istintaqı yekunlaşıb, iş məhkəməyə göndəriləcək

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.   Viral.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Xankəndi prokurorluğunun inzibati binasının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.   O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq…

Ətraflı

Alimpaşa Məmmədova höküm oxundu – 11 il 6 ay

Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub.   Viral.az “Report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib.   Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova höküm oxuyub.   Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.   Qeyd edək ki, dövlət…

Ətraflı

 İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, məktubda deyilir:     “Hörmətli Sergey Alimoviç.   Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.   Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və…

Ətraflı

Əbülfəz Elçibəyin DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycan Respublikasının sabiq prezidenti, Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri, Milli Azadlıq Hərəkatının liderlərindən mərhum siyasətçi Əbülfəz Elçibəyin anadan olmasından 86 il ötür.   Viral.az xatırladır ki, Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açıb.   Orta təhsilə Unuskənd məktəbində başlayıb, Ordubad şəhərindəki 1 saylı orta məktəbdən məzun olub. 1957-1962-ci illərdə Azərbaycan Dövlət…

Ətraflı

Sabah bu ərazidə qaz OLMAYACAQ

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.   Viral.az-ın məlumatına görə, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.   Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq…

Ətraflı

Qobu və Mehdiabadda sursat TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.   Bu barədə Viral.az-a FHN-dən bildirilib.   Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.   Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq…

Ətraflı

Azərbaycana qar yağdı – FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.   İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən,…

Ətraflı

Xanım sahibkar deputat olacağı barədə iddialara CAVAB VERDİ

“Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir”. Viral.az xəbər verir ki, bunu xanlm sahibkar, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bildirib. “Əvvəla, bir neçə ay bundan öncə jurnalist Zamirə xanımın verlişində müsahibə verərkən bu məsələyə toxunmuşam və öz mövqeyimi bildirmişəm. İkincisi, hazırda Türkiyədə…

Ətraflı

Sabahın hava proqnozu açıqlandı

İyunun 23-nə gözlənilən hava şəraitilə bağlı proqnoz açqılanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı…

Ətraflı

Qohum evliliyini qadağan edən qanun layihəsi I oxunuşda təsdiqləndi

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evlənməsini qadağan edən layihə I oxunuşda təsdiqlənib.   Viral.az-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.   Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.   – qardaşların və (və ya) bacıların ümumi…

Ətraflı

Siyasi partiyalardan növbədənkənar seçki qərarına REAKSİYA

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib. Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.  Bəs…

Ətraflı

Parklanmaya görə cərimələr 2 dəfə ARTIRILIR

Nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətinin başladılmamasına görə cərimələr 2 dəfə artırılacaq.   Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.   Layihəyə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi…

Ətraflı

XİN-dən Borrellin Azərbaycan əleyhinə iddialarına CAVAB

“Əfsuslar olsun ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. Biz bu yalan və təhrikedici iddiaları rədd edirik”.   Viral.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep…

Ətraflı

Abel Məhərrəmovun qardaşı işdən çıxarıldı

Ədliyyə Nazirliyində yeni təyinat olub. Viral.az-ın məlumatına görə, nazir Fərid Əhmədovun qərarı ilə Seymur Səfərov İnsan resursları idarəsinə rəis müavini – rəis vəzifəsini icra edən təyin olunub. Seymur Səfərov Vəkilər Kollegiyasının üzvü olub, qurumun baş katibinin müavini vəzifəsində çalışıb. Müvafiq təyinat Ədliyyə Nazirliyinin veb-saytında da yerləşdirilib. Qeyd edək ki, sözügedən idarəyə daha əvvəl Məhərrəmov Rauf Məmmədəli oğlu…

Ətraflı

ABŞ dövlət katibi İlham Əliyevi və Paşinyanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət etdi

ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.   Viral.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.   A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin…

Ətraflı

ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməlidir

Xəbər verdiyimiz kimi, iyunun 20-də ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Viral.az-ın məlumatına görə, telefon danışığı zamanı Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.   Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan…

Ətraflı

Azərbaycanda ən çox istifadə edilən sosial ŞƏBƏKƏLƏR

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “İnstagram” olub.   Viral.az xəbər verir ki, bu barədə APA “StatCounter”a istinadən məlumat yayıb.   Hesabat dövründə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 35,35% təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 2,87 faiz bəndi və ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6 faiz bəndi…

Ətraflı

Hazırda 40 dərəcə temperatur var

2024-cü ilin iyun ayının ötən dövrü ərzində Azərbaycanda orta aylıq temperatur iqlim normasından 4.8 dərəcə yüksək olub. Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, havanın maksimal temperaturu iyun ayının bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. “İyun ayında…

Ətraflı