İdmançı ərini öldürən qadın cəzadan azad edildi – FOTO

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb. Viral.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib. Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib. Bu səbəbdən xanım…

Ətraflı

25 yaşlı qadın öldürüldü – Əri polisə təslim oldu

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Viral.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub. Araşdırma aparılır.

Ətraflı

Lerikə ziyarətə gedənlər qəzaya düşdülər

Lənkəranda avtomobil məhəccərə çırpılıb, 3 nəfər xəsarət alıb.   Viral.az-ın məlumatına görə hadisə Ələt-Astara magistralının 169-cu km-də baş verib.   Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi “Hundai” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim…

Ətraflı

Bakıda maşın yandı, saxlanılan var

İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib. Viral.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ətraflı

Lənkəranda mağaza yandı

Lənkəran şəhərində ümumi sahəsi 250 kvadratmetr olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisində qismən ərzaq malları yanıb. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Güclü külək Mingəçevirə ziyan vurdu

Mingəçevirdə dünən baş verən güclü külək ciddi fəsadlar yaradıb.   Şəhər İcra Hakimiyyətindən Viral.az-a verilən məlumata görə, güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən, 27 ağacın iri budaqların qırılaraq yerə düşürüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə yaranıb, 1 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, qırılan ağac…

Ətraflı

13 günlük uşağın üzərinə qaynar su töküldü

Sumqayıtda 13 günlük uşağın üzərinə qaynar su tökülüb   Viral.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.   Sumqayıt şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Xanməmmədli Zeynəb Yaşar qızı ehtiyatsızlıqdan yaşadığı evdə üzərinə qaynar su tökülməsi nəticəsində termik yanıq xəsarətləri alıb.   Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ətraflı

Sumqayıtda 28 yaşlı qadın 3 -cü mərtəbədən YIXILDI

Sumqayıtda qadın kirayə qaldığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.   Viral.az verir ki, hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb.   Şəhər sakini, 1996-cı il təvəllüdlü Quliyeva Nigar İsa qızı yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.   Yaralı xəstəxanaya çatdırılıb.   Fakt araşdırılır.

Ətraflı

Beyləqanda ağır qəza: 2 ölü, 2 yaralı

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonunun Bünyadlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-2107″ markalı və “Mercedes Sprinter” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ” da olan 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Qərb bölgəsində güclü külək: Ağaclar insanların üzərinə aşdı

Xəbər verdiyimiz kimi, Qərb bölgəsində güclü külək əsib.   Viral.az-ın məlumatına görə, güclü külək fəsadlar törədib.   Yevlax rayonunun bir sıra yaşayış məntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdi yaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyan dəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü uçub.   Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin…

Ətraflı

Qəzada ölənlər zabitlər imiş – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.   Viral.az-ın məlumatına görə, həyatını itirən hər iki şəxs zabit olub.   Həlak olan Müsədirov Murad Aydın oğlu mayor rütbəsini daşıyırdı. O,…

Ətraflı

Türklər Kəlbəcərdə qəzaya düşdülər

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var. Viral.az-ın məlumatına görə, Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus “pikap” tipli avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(“Report.az”)

Ətraflı

Hacıqabulda 14 yaşlı qız evlənmək məqsədi ilə QAÇIRILDI

Hacıqabulda yeniyetmə qız qaçırılıb.   Viral.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.   14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.   DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirib ki, bununla bağlı rayon Polis…

Ətraflı

Skuterin mühərrikini oğurlayan şəxs tutuldu

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 18-də Lökbatan qəsəbəsinin ərazisində bir nəfərə məxsus skuterin mühərrikini oğurlamaqda şübhəli bilinən Aydın Qəniyev müəyyən olunaraq saxlanılıb.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən bildirilib.   Araşdırma aparılır.

Ətraflı

Kürdəmir sakini güllələndi

Kürdəmirdə silahlı insident olub.   Viral.az xəbər verir ki, hadisə gecə saatlarında rayonunun Carlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədovla aralarında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib.   Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  …

Ətraflı

Şəki məktəbindəki yanğınla bağlı rəsmi AÇIQLAMA

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Turan qəsəbəsində yerləşən məktəbdəki yanğınla bağlı məlumat yayıb.   Viral.az xəbər verir ki, bu barədə İdarənin sosial media hesabında paylaşım edilib.   İyunun 19-da təxminən saat 23:10 radələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib….

Ətraflı

Bu ayda 12 nəfəri gün vurub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub. …

Ətraflı

Şəki məktəbində YANĞIN 

Gecə saat 23 radələrində Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinə Turan qəsəbəsində yerləşən tam orta məktəbin binasında yanğın başlaması barədə məlumat daxil olub.   Viral.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Şəki və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikaı cəlb olunub.   Bütün səylərə baxmayaraq ümumi…

Ətraflı