İmişlidə çox sayda silah-sursat TAPILDI

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd “AK-74” markalı avtomat, “Karabin”, “F-1” əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.   Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində…

Ətraflı

Ov silahı ilə qətlə yetirildi 

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Viral.az-a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi, 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov…

Ətraflı

Qaxda faciə: 3 nəfər öldü

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.   “Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.   Xəsarət…

Ətraflı

Mingəçevirdə toy yasa çevrildi

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə şadlıq saraylarının birində qeydə alınıb. Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

İsmayıllıda torpaq sürüşməsi: İnsanlar başqa əraziyə köçürülür 

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.   Viral.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.   Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən…

Ətraflı

Tərtərdə ağır qəza – Yaralılar var

Tərtərdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobil Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi BMW…

Ətraflı

Qarpız dolu yük maşını dərəyə aşdı

Şamaxıda yol qəzası baş verib.   Viral.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.   Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.   Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü…

Ətraflı

Qazidən “şirinlik” istəyən həkim işdən ÇIXARILDI

Bir neçə gün öncə sosial şəbəkə platformalarında Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində tibb işçisinin qızı dünyaya gələn qazidən “şirinlik” tələb etməsi ilə bağlı görüntü yayılmışdı. Görüntüyə görə, həmin şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi. TƏBİB-dən Viral.az-a bildirilib ki, sözügedən görüntüdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma…

Ətraflı

Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı

Gəncədə 3 nəfər yanıq xəsarəti alıb.   Viral.az “qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.   İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.   Hadisə ilə bağlı…

Ətraflı

Dünən öldürülən 31 yaşlı Rasimin FOTOSU

İyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib. Viral.az qafqazinfo-ya istinadən bildirir ki, ilkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət…

Ətraflı

Yük avtomobilin üzərindəki texnika yola düşdü

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.   Daxili İşlər Nazirliyindən Viral.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.   DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.   Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər…

Ətraflı

FHN Hacıqabuldakı sellə bağlı məlumat yaydı 

Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar…

Ətraflı

Su anbarı daşdı – 100-ə yaxın evi su basdı 

Hacıqabulda 100-ə yaxın evi su basıb.   Viral.az Report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağılar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb.   Sakinlərin sözlərinə görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.   Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində 100-ə…

Ətraflı

Çayın sahilindən meyit tapıldı 

Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb. Viral.az APA-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib. Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib. Araşdırma aparılır.

Ətraflı

İşçilərin əmək hüquqlarını pozan şirkət sərt CƏZALANDIRILDI

İşçilərin əmək hüquqlarını pozan “Salmanoğlu İnşaat-79” Məhdud Məsuliyyətli Cəmiyyəti 20 min manat cərimələnib. Bu barədə Viral.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Faktla bağlı…

Ətraflı

Ötən sutka 34 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.   FHN-in Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 14 halda köməksiz…

Ətraflı

Qobustanda mağaza yandırıldı

Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb. Viral.az DİN-ə istinadən xəbər verir ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ətraflı

Nazirlikdən Azərbaycanda olan zəlzələ ilə bağlı AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmadığını açıqlayıb.   Bu barədə Viral.az-a qurumdan bildirilib.   “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də…

Ətraflı

Sabunçuda 31 yaşlı gənc qətlə yetirildi

İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.   Hadisə şəxsi…

Ətraflı

Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var

Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.   Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə…

Ətraflı