“Kəpəz” 2 futbolçu ilə yollarını ayırdı

“Kəpəz” klubu iki futbolçu ilə yollarını ayırıb.   Gəncə təmsilçisinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib. Hər iki legioner komandanı tərk edib.   Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.

Ətraflı

Bu gün daha üç oyun baş tutacaq

Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.   Viral.az xəbər verir ki, qarşılaşmalar A və B qruplarında olacaq.   A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.   Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya – Xorvatiya və İtaliya – Albaniya matçları oynanılacaq. Görüşlər…

Ətraflı

AVRO-2024: Almaniya Şotlandiyaya qarşı…

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başlayıb.   Viral.az xəbər verir ki, Münhen şəhərində yerləşən “Alyants Arena”da oynanılan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.   Matçı fransalı Kleman Trüpen idarə edir.   Matça komandalar aşağıdakı “11-liklər”lə çıxıblar:   Almaniya: Manuel Noyer, Kimmix, Rüdiger, Tah, Mittelştadt, Andriç, Toni Kroos, Camal Musiala, İlkay…

Ətraflı

Musa Qurbanlı yenidən “Qarabağ”da

“Qarabağ” komandası yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.   Klubun mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, hücumçu Musa Qurbanlı heyətə cəlb olunub.   22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.   Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə “köhlən atlar”ın formasını…

Ətraflı

İdmançımız dünya reytinqində liderdir

Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridir.   Viral.az xəbər verir ki, təmsilçimiz bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur.   Dünya çempionunun 8798 xalı var. Abu-Dabidəki qızıl medal Azərbaycan idmançısına cədvələ uzun müddətdir başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib….

Ətraflı

Santuş Bakıda idman obyektləri ilə tanış oldu

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.   Viral.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.   Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu…

Ətraflı

Şagirdlərimizdən MÖHTƏŞƏM UĞUR – ABŞ-də medal QAZANDILAR (FOTO/VİDEO)

Azərbaycanlı şagirdlər Amerika Birləşmiş Ştatlarında keçirilən olimpiadada ölkəmizi uğurla  təmsil ediblər. Viral.az xəbər verir ki, 6-12 iyun tarixləri arasında  “New Jersey” ştatında  keçirilən  Amerika mərkəzli beynəlxalq “Neo Science” olimpiadasında  “Online Learning Academy” tədris mərkəzinin rəhbərliyi ilə şagirdlər  üç fərqli kateqoriyada, riyaziyyat, təbiət elmləri və “coding” üzrə biliklərini sınayıblar. Dünyanın müxtəlif ölkələrindən gələn şagirdlər əldə etdikləri nəticələrə uyğun olaraq medallara layiq görülüblər. …

Ətraflı

Futbol üzrə Avropa çempionatı başlayır

Bu gün futbol üzrə XVII Avropa çempionatına start veriləcək.   Viral.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.   Münhendəki “Allianz Arena”da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.   Oyunun start fiti saat 23:00-da səslənəcək.   Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah,…

Ətraflı

Avro-2024-ü İTV-də izləmək mümkün olacaq 

İdmanın şahı futbolun azarkeşləri başda olmaqla bütün idmansevərlərin diqqəti bu yay İctimai Televiziyada (İTV) olacaq.   İctimai TV və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Viral.az-a bildirilib ki, milyonlarla teletamaşaçısı olan futbol üzrə Avropa çempionatı (Avro-2024) və 4 illiyin zirvə yarışı Yay Olimpiya Oyunları mötəbər idman turnirlərinin dəyişilməz ünvanında – İTV-də yayımlanacaq.   Artıq premyerası…

Ətraflı

Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşdü

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Rəyasət Heyətinin üzvləri kişilərdən ibarət 3×3 basketbol üzrə milli ilə görüşüb. Viral.az-ın məlumatına görə, qurum rəhbəri Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanan yığmanı təbrik edərək, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda federasiya rəsmiləri, milli komandanın qalib üzvləri ilə xatirə şəkili çəkdirilib. Qeyd edək ki, milli Kosovonun paytaxtı…

Ətraflı

Rövşən Nəcəf Santuşla görüşdü – FOTO

AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün Azərbaycan millisinin yeni  baş məşqçisi Fernandu Santuşla görüşüb.   Viral.az xəbər verir ki, görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.   Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi…

Ətraflı

Qurban Qurbanov AFFA-nın iclasına niyə qatılmadı…

“İşçi qrupu ilə müzakirələr aparıldı, onların da fikri nəzərə alındı. Konkret olaraq hər şeyi açıqlaya bilmərik. Yalnız onu deyim ki, bu seçimdə hər kəsin mövqeyi nəzərə alınıb”.    Viral.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə seçimlə bağlı danışarkən deyib.    Qurum rəsmisi “Qarabağ”ın baş…

Ətraflı

Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır

“İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq”.   Viral.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib.   Portuqaliyalı mütəxəssis ona göstərdiyi etimada görə AFFA rəhbərliyinə təşəkkür edib: “Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə,…

Ətraflı

AFFA Santuşla “3+1” illik müqavilə BAĞLADI

Bu gün Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirilib. Viral.az xəbər verir ki, təqdimat mərasimində F.Santuşla yanaşı AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev də iştirak edib. Təqdimat mərasimində bildirlib ki, AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla “3+1” illik müqavilə bağlayıb.

Ətraflı

Son klubum “İnter Mayami” olacaq – Messi

Argentina millisinin hücumçusu Lionel Messi “İnter Mayami”nin onun son klubu olacağını açıqlayıb.   Viral.az xəbər verir ki, futbolçu bunu çərşənbə günü, iyunun 12-də Amerikanın “ESPN” idman kanalına müsahibəsində deyib.   “Mən futbolu sevirəm. Bundan daha çox həzz alıram, çünki daha az vaxt qaldığını başa düşürəm”, – Messi qeyd edib.   Messi etiraf edib ki, futboldan…

Ətraflı

AVRO-2024-ün TƏQVİMİ

İyunun 14-də Almaniyada futbol üzrə Avropa çempionatına start veriləcək.   Viral.az-ın məlumatına görə, turnirdə 24 komanda mübarizə aparacaq.   Bir ay davam edəcək yarışda 51 matç baş tutacaq.   Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.   AVRO-2024-ün təqvimi 14 iyun   A qrupu: 23:00. Almaniya – Şotlandiya (Münhen)   15 iyunA qrupu:…

Ətraflı

Azərbaycan millisinə xaricdən baş məşqçi GƏTİRİLDİ

AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib.   Viral.az xəbər verir ki, 3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.   Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli…

Ətraflı

Məşhur məşqçi “Turan Tovuz”a GƏTİRİLDİ

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib. Viral.az xəbər verir ki, matc.az-ın məlumatına görə, mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib. Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı …

Ətraflı

Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi – FOTO

Ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirmiş Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib. Viral.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb. “Amid Alxasovun vaxtsız vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk” , – paylaşımda qeyd olunub. Qeyd edək ki, Amid Alxasov müqavilə əsasında “Sabah”ın 19 yaşadək futbolçulardan…

Ətraflı

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.   Viral.az xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılıb.   “Haladaş” İdman Kompleksinin stadionunda reallaşan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.   Millinin heyətində qolları Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurublar. Rəqibin heyətində isə Yan Voroqovski və Maksim Samorodov fərqləniblər.  …

Ətraflı